Ticarət Liderlərinin Avropa klubu"-bu biznesin inkişafına və dünyanın bütün şirkətlər və sahibkarlar arasında əlaqələrin yaradılmasına kömək edən nüfuzlu beynəlxalq təşkilatıdır. Bu təşkilat hər il mükafatların verilməsini keçirir. Qaliblər müştərilər və iddiaçı şirkətlərin istehlakçıları arasında sorğu keçirilməsi yolu ilə müəyyən edilir.
1998-ci ildə Azərbaycan-Britaniya Birgə Müəssisəsi «AzEvroTel» birdən iki prizin iddiaçısı kimi irəli sürüldü. Imicin yüksək göstəricisinə, təqdim edilən xidmətlərin keyfiyyəti və səviyyəsinə görə «AzEvroTel» BM «Ən yaxşı ticarət adına görə» və «Keyfiyyətə görə Amerikanın 10-cü Qızıl Mükafatı» prizlərinə layiq bilinib. Prizlərin təqdim edilmə təntənəli tədbirlərində nüfuz qazanan şirkətlər və dünyanın 25 ölkəsindən müəssisələr, həmçinin diplomatik korpusunun nümayəndələri və fəaliyyəti istehlak sahəsi ilə əlaqədə olan şəxsləri iştirak ediblər.
2000-ci ildə «AzEvroTel» BM-ə yenə «Ən yaxşı ticarət markası» prizi təqdim edilmişdi. Prizin 25 illik yubileyinə və bu
tarixin yeni minilliyi ilə təsədüf etməsinə görə bu il birinci dəfə olaraq və müstəsna qaydada priz, ona eksklüziv xarakteri verən «Ən yaxşı ticarət markasına görə Qızıl Priz - Yeni Minilliyin Prizi» adı aldı.. «Ticarət Liderlərin Klubu»n prezidenti cənab Arsenio Rodriqes prizi 8 may tarixində Madridin «Melia-Kastilya» hotelində təntənəli mərasimdə «AzEvroTel» BM baş direktor müavini Rizvan Səfərova təqdim etdi.
Belə yüksək prizlərin «AzEvroTel» ə təqdim edilməsi Azərbaycan şirkətlərin Avropa bazarında artan imicini göstərir.