Şirkət haqqında / Şö'bələr  |
| Mühasibat |
Mühasibat təsərrüfat əməliyyatlarının, əmlakın invetarlaşdırılmasının, öhdəliklərin, kapitalın, hesablaşmaların və s. dəyərlərin hesabat dövründə (ay, kvartal, il), gəlirlərin və xərclərin hesabat dövrləri üzrə düzgün müəyyən edilməsini əks etdirir.
Hesablarda (eləcə də mühasibat uçotunun registrlərində) şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının, onlara nəzarətin və mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətə təqdim edilməsinin, çatışmamazlıqların və onların mobilizasiya edilməsinin düzgün əks etdirilməsinin həyata keçirilməsi məqsədilə, mühasibat «AzEvroTel» BM-nin başqa bölmələri ilə şirkətin maliyyə–təsərrüfat fəaliyyətinin iqtisadi analizini mühasibat uçotu və hesabatına müvafiq olaraq tə’min edir.
Mühasibatın əsas məqsədləri aşağıdakılardır: maliyyə, vergi orqanları, bank təşkilatları, investorlar, kreditorlar və operativ müdiriyyət ilə əlaqəni həyata keçirmək üçün tam və düzgün mə’lumatların formalaşdırılması, maliyyə (mühasibat) hesabatının, eləcə də şirkətin fəaliyyəti haqqında mə’lumatların tərtib və təsdiq edilməsi, təsdiq edilmiş normalara, normativlərə və smetalara müvafiq olaraq maddi, maliyyə və əmək resurslarının istifadə edilməsinə, əmlakın hərəkət etməsinə, sahibkarlıq hüququna və öhdəriklərə nəzarət, maliyyə fəaliyyətində neqativ halların vaxtında qarşısının alınması, ehtiyatların aşkara çıxarılması və mobilizasiya edilməsi.
Şö’bənin əlaqə nömrəsi: - (994-12) 497-53-99
Email - farhad@azeurotel.com
|