Şirkət haqqında / Şö'bələr  |
| Trank və telsiz DECT telefon rabitəsi |
Illər boyu telefon şəbəkələrində ATS və abunəçilər arasında rabitə yaratmaq üçün, operatorlar üçün gərgin və uzun müddətli mühəndis işi tələb edən böyük problemlər yaradaraq, məftildən istifadə edirdilər.
Abunə şəbəkəsinin genişləndirilməsilə bağlı problemlər, xüsusən inkişaf edən ölkələrdə, tam telefonlaşdırma yolunda əsas çətinlik yaradırdı.
Telsiz abunəçi girişi üçün çoxlu həllər işlənilmişdir və onların arasından «AzEvroTel» BM-si DECT texnologiyasını seçmişdir. Indi sizin evə telefon xəttinin çəkilməsinə imkan olmasa da, biz ATS-lərlə əlaqəni telsiz şəkildə həyata keçiririk.
Telsiz həllərin adi üstünlüklərinə əlavə olaraq DECT əlavə üstünlüyə malikdir:
- bu, yerli rabitə üçün xüsusi yaradılan standartdır;
- o, yüksək trafikin tə’min edilməsi üçün xüsusən hazırlanıb və, beləliklə, şəhər və qəsəbələr üçün ən mükəmməl nümunədir;
- o, danışıqlara qulaqasmadan e’tibarlı müdafiə ilə tə’min edir;
- o, mürəkkəb tezlik planlaşdırmasından qaçınmağa və DECT şəbəkəsinin asanlıqla planlaşdırılmasına və tez konfiqurasiya olunmasına imkan verir.
DECT xidmətindən, bütün iri aviaşirkətlər, banklar, müxtəlif xarici şirkətlər və firmalar daxil olmaqla, minə qədər abunəçi istifadə edir.
Şö’bənin əlaqə nömrəsi: - (994-12) 492-18-99
|