rus eng az






 

AzEuroTel - Real seçim azadlığı: Yerli telefon rabitəsi; Beynəlxalq telefon rabitəsi; Şəhərlərarası telefon rabitəsi; İnternetə çıxış xidmətləri; Məlumatların ötürülməsi ((X 25, Frame Relay); IP-telefoniya; DECT standartlı simsiz rabitə; Hərəkətli trank rabitəsi; Genişzolaqlı rabitə xidmətləri.
   



   1 mart 2010-cu il tarixli Press-reliz


Hörmətli İnternetə çıxış xidmətinin istifadəçiləri!
Siz hərtərəfli təhsil almış insan olmaq və ən yaxşı beynəlxalq tədris müəssisələrinin diplomlarını almaq istəyirsiniz?
Siz hərtərəfli təhsil almı
Siz öz mənzilinizi tərk etmədən bütün dostlarınızla əlaqə saxlamaq istəyirsiniz?
Biz Sizə bu imkanı yaradırıq. Sizə məhdudiyyətsiz tarif təqdim edirik!
Siz, bundan əvvəl trafik üzrə internetə çıxış üçün ödədiyiniz məbləğə, ödənilmiş bir ay ərzində məhdudiyyətsiz internetə çıxış əldə edə biləcəksiniz.
Ayın sonuna qədər vəsaitin çatıb və ya çatmayacağı sual daha ortaya çıxmır.
İndi artıq “AzEuroTel” şirkətinin köməyi ilə Sizin işləriniz yaxşı gedəcək!
İnternetə çıxış xidməti istifadəçilərinin nəzərinə!
1 mart 2010-cu il tarixindən “AzEuroTel” şirkəti ADSL texnologiyası ilə İnternetə çıxış xidməti tariflərinin dəyişməsi barədə elan edir.
Hal-hazırda cəmi 15 AZN-dan başlayaraq ay ərzində 24 saatlıq internetə məhdudiyyətsiz çıxışı əldə edə bilərsiniz.
Daha dəqiq məlumat əldə eləmək üçün 197 (pulsuz çoxkanallı nömrə, sadəcə şəhər telefonlarından 197 yığmaq kifayyətdir), 497 09 09, 497 70 99, 492 67 99 nömrəli telefonlara zəng edərək Marketing araşdırmaları və təhlil departamentinə müraciət edəsiniz. Burada tarif cədvəlində olan bütün dəyişikliklər barəsində Sizə məlumat verəcəklər və əlverişli tarif planının seçilməsində köməklik göstərəcəklər.


  Paketin adı Sürət Kb/s (down / up) Abunə haqqına daxil edilən trafikin həcmi, QB Aylıq abunə haqqı (AZN)
AET Standard 128 128 / 128 8 10,00
AET Freestyle 256 256 / 256 Məhdudiyyətsiz 15,00
AET Freestyle 512 512 / 512 Məhdudiyyətsiz 20,00
AET Freestyle 1024 1024 / 512 Məhdudiyyətsiz 32,00
AET Freestyle 1536 1536 / 512 Məhdudiyyətsiz 50,00

AzEuroTel – Rabitənin yüksək keyfiyyəti!
AzEuroTel – Biz sizin üçün çalışırıq!

   


   5 oktyabr 2009-cu il tarixli Press-reliz


Hörmətli cənablar!
“AzEuroTel” şirkəti İnternetə müxtəlif çıxış xidmətlərin tariflərinin dəyişməsini elan edir.

Şəxsən Sizə əlverişli və rahat tarif planının seçilməsi üçün, xahiş edirik 197 (pulsuz çoxkanallı nömrə, sadəcə şəhər telefonlarından 197 yığmaq kifayyətdir), 497 09 99, 497 70 99, 492 67 99 nömrəli telefonlara zəng edərək Marketing araşdırmaları və təhlil departamentinə müraciət edəsiniz. Burada tarif cədvəlində olan bütün dəyişikliklər barəsində Sizə məlumat verəcəklər və əlverişli tarif planının seçilməsində köməklik göstərəcəklər.

ATS 38/39 və ATS 30/31 ərazisində yaşayan və “AzEuroTel” şirkətindən internetə çıxış xidmətlərini əldə etmək arzusunda olan əhalinin çoxsaylı istəklərini nəzərə alaraq bildiririk ki, Biz belə bir imkanı əldə etmişik və hal-hazırda bu ərazilərdə yaşayan hər kəs “AzEuroTel” şirkətinin yüksək keyfiyyətli internetə çıxış xidmətinə qoşula bilər.

• Şəhərin digər rayonlarının əhalisi həmçinin bizim xidmətlərə sərbəst qoşula bilərlər.
• 6 oktyabr 2009-cu il tarixindən qüvvəyə minən tarif dəyişikliklərinə “Tariflər” bölməsində baxa bilərsiniz.

AzEuroTel – Rabitənin yüksək keyfiyyəti!
AzEuroTel – Biz sizin üçün çalışırıq!

   


   23 fevral 2009-cu il tarixli Press-reliz


   «Aztelekom» İB tərəfindən «AzEuroTel» BM-ni abunəçilərin gözündə nüfuzdan salmaq məqsədilə 492/497/437 saylı ATS-lərin abunəçilərinə göstərilən xidmətlərin dayandırılması haqqında əsassız şayələrin yayılması üzrə davam edən kampaniya ilə əlaqədar olaraq bildiririk:
   1. 492/497/437 saylı ATS-lərin abunəçilərinin Bakı şəhərinin bütün ATS-lərinə giriş və çıxış rabitəsi yalnız «AzEuroTel» BM-nin avadanlığı üzərindən həyata keçirlir və tam həcmdə təqdim olunur.
   2. «Aztelekom» İB abunəçilərimizin yalnız Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxışını məhdudlaşdırmağa səy göstərir və 24 fevral 2009-cu il tarixdən etibarən bu kanalları birtərəfli qaydada balğamaqla hədələyir.
   Vətəndaşların rabitədən istifadə hüquqlarının heç kəsin pozmaq hüququ olmadığını, həmçinin 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 fevral 2009-cu il tarixli Qətnaməsində göstərilənləri: «Aztelekom» İB tərəfindən 492/497/437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətinin dayandırılması qadağan edilməli, «Aztelekom» İB vasitəsilə rayon və mobil operatorlarla arabağlantı zamanı hər cür maneələr aradan qaldırılmalı, arabağlantılar «AzEuroTel» BM tərəfindən tələb olunan həcmdə təmin edilməlidir» nəzərə alaraq,
«AzEuroTel» BM-si bir daha rəsmi şəkildə bildirir ki, ATS 492/497/437 abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməməsinə görə bütün məsuliyyət «Aztelekom İB-nin üzərinə düşür.

«AzEuroTel» BM-nin rəhbərliyi

   

   20 fevral 2008-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi



Beynəlxalq Elektrorabitə İttifaqı (ITU) «AzEuroTel» şirkətini BEİ-nın Elektrorabitənin İnkişafı Sektorunun fəaliyyətində son 10 il ərzində iştirakına və dəstəkləməsinə görə Yubiley Fərmanı ilə təltif etmişdir. AzEuroTel 1998-ci ilin sentyabr ayından etibarən BEİ-nın Elektrorabitənin İnkişafı Sektorunun (ITU-D) üzvü olaraq, BEİ-nın bütün təşəbbüslərində, ITU-nun təşkil etdiyi müxtəlif iclaslarda, işçi qrupların müşavirələrində, təlimlərdə, sərgilərdə iştirak edir.
Beləki, biz ITU World Telecom-un 1999, 2003 illərdə təşkil etdiyi ümumdünya sərgilərində Azərbaycanı təmsil edən yeganə şirkət olmuşuq. Həmin sərgilərdə öz stendimiz ilə iştirak edərək, biz sərgidən real rejimdə reportajlar yayımlayırdıq və arzu edən hər kəs, veb-səhifəmizə daxil olaraq sərgini seyr edə bilərdi.
Bizim nümayəndələrimiz ITU-D sektorunun bütün iclaslarında fəal iştirak edirlər. Bu AzEuroTel şirkətinə Beynəlxalq Elektrorabitə İttifaqının ən son təşəbbüslərindən xəbərdar olmaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına əlindən gələn əməyi əsirgəməmək imkanı yaradır.
Biz ITU-nun işində iştirakımızın qiymətləndirilməsi ilə fəxr edirik və qarşılıqlı faydalı, səmərəli əməkdaşlığımızı davam etdirəcəyik.
BEİ Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları sahəsindəki aparıcı təşkilatdır. Dövlət idarə etmə və özəl sektor orqanları üçün ümumdünya koordinasiya mərkəzi olan BEİ-nın rolu dünyaya ünsiyyət qurmaqda yardımçı olmaqdan ibarətdir və bu funksiya üç əsas sektorun fəaliyyəti şəklində həyata keçirilir: radiorabitə, standartlaşdırma və inkişaf. BEİ həmçinin TELECOM tədbirlərini təşkil edir və informasiya cəmiyyəti məsələləri üzrə yüksək səviyyəli Ümumdünya görüşünün aparıcı təşkilatçı-müəssisəsidir.
Elektrorabitənin İnkişafı Sektorunun (ITU-D) vəzifəsi planet sakinlərinin infrastruktur və informasiya-kommunikasiya texnologiyaları xidmətlərinə çıxış əldə etməklə ünsiyyət qurmaq hüququna əsaslanan məqsədlərə nail olmağa yönəlmişdir. BEİ-nın baş qərargahı İveçrənin Cenevrə şəhərində yerləşir və onun üzvləri 191 Dövlət və 700-dən çox Sektor və Cəmiyyətlərdir.


   28 dekabr 2007-ci il tarixli Press-reliz



Kibernetika İnstitutunun Direktoru akademik T.Əliyev «Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ən yaxşı Menecer» nominasiyasında İntellekt-2007 mükafatını «AzEuroTel» şirkətinin Baş direktoru cənab N.Əhmədova təqdim edir.




Milli Məclisin İqtisadi Siyasət üzrə Daimi Komissiyasının Sədri, Akademik Z.Səmədzadə «Təqdim olunan xidmətlərin yüksək keyfiyyətinə görə» nominasıyada İntellekt-2007 mükafatını «AzEuroTel» şirkətinin nümayəndəsi, Baş direktorun müavini cənab R. Səfərova təqdim edir.

   15 dekabr tarixində Hyatt Regency otelinin «Quba» zalında İNTELLEKT-2007 mükafatının təqdim edilmə mərasimi keçirilmişdir.
İntellekt mükafatı IT Magazine jurnalı və Azərbaycanın Layihələrin İdarəolunması Assosiasiyası ilə birgə təsis edilmişdir. Bu mükafat hər il müxtəlif iqtisadi sahələrdə «İlin Ən yaxşı Layihəsi»nə görə təqdim edilir.
Bu mükafata özlərində təcrübəni, ideyaları, texnologiyaları cəmləşdirən və ölkəmizdə iqtisadiyyatın inkişafı üçün istifadə edə bilən şəxslər, şirkətlər layiq görülür.
İNTELLEKT-2007 mükafatının «Rabitə və İnformasiya Texnologiyaları sahəsində ilin Ən yaxşı Meneceri» nominasıyasında «AzEuroTel»-in Baş direktoru cənab Nuru Əhmədov qalib olmuşdur.
«Təqdim olunan xidmətlərin yüksək keyfiyyətinə görə» nominasiyada İNTELLEKT-2007 mükafatına «AzEuroTel» şirkətinin kollektivi layiq görülmüşdür.
«AzEuroTel» şirkəti Azərbaycanın telekommunikasiya bazarında artıq 10 ildən çoxdur ki çalışır.
Şirkətin uğurlu fəaliyyətinin əsas prinsiplərini təqdim olunan rabitə xidmətlərinin yüksək keyfiyyəti və etibarlılığı, müştərilərin tələbatlarına oriyentasiya, müasir rabitə xidmətlərinin innovasiyalarının tətbiqi təşkil edir.
Baş direktor cənab N. Əhmədovun rəhbərliyi altında şirkətin kollektivi keyfiyyətə görə, Ən yaxşı ticarət markasına görə, eləcə də çoxsaylı nüfuzlu beynəlxalq mükafat və prizlərə, həmçinin 2004-cü ildə Cenevrədə «İşgüzar təcrübədə yüksək keyfiyyətə görə» («Gold Medal for Excellence in Business Practice») Qızıl medala layiq görülmüşdür.
Strateji menecment sahəsində şəxsi əməyinə görə Baş direktor cənab Nuru Əhmədov 2002-ci ildə «Sənayeə yardım assosiasiyasının qızıl Medalı» (Fransa) ilə təltif edilmiş, bir neçə dəfə «UGUR» mükafatına layiq görülmüş, «Əmək sücayətinə» görə medalla təltif edilmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona «Respublikaının Əməkdar Mühəndisi» adı verilmişdir.


(davami)

Şirkətin kollektivinin öz uğurları ilə və ona rabitə və informasiya texnologiyaları sahəsində ən təcrübəli və yüksək ixtisaslı mütəxəssislərin rəhbərlik etmələri ilə fəxr etməyə haqqı var.
Öz vətənində iki nüfuzlu İNTELLEKT-2007 mükafatına layiq görülməsi «AzEuroTel» şirkətinin bütün kollektivi və şəxsən şirkətin Baş direktoru cənab Nuru Əhmədov üçün böyük uğurdur.
Biz sevimli Azərbaycanımızın çiçəklənməsi üçün həmişə böyük səylə çalışacağıq.

   17 sentyabr 2007-ci il tarixli Press-reliz

   2007-ci il 17 sentyabr tarixindən AzEvroTel öz abunəçilərinə təqdim etdiyi müxtəlif xidmət növləri üzrə güzəşt kompaniyasının başlandığını elən edir. AzEvroTel şirkətinin strategiyasına uyğun olaraq, şirkət tərəfindən təqdim olunan bütün xidmət növləri AET brendi ilə təqdim olunacaqlar:

• AET-PHONE - telefon rabitəsi xidmətləri
• AET-Cordless Access - DECT standartlı simsiz rabitə
• AET-İP - Cards Qabaqcadan ödənilmiş telefon kartları
• Dial-Up İnternet - İnternet şəbəkəsinə çağırışla çıxış
• AET-Leased İnternet - İnternetə ayrılmış xəttlə çıxış
• AET-High Speed İnternet - İnternetə ADSL texnologiyası ilə çıxış
• AET-Total İnternet - İnternetə yüksək sürətli çıxış (2 Mbit/s-dən)
• AET-İP-Telephony - İP-telefoniya
• AET-İP-TV - İP televiziya
• AET-Channels Rent - Kanalların icarəsi üzrə xidmətlər
• AET-Access to financial information resources - Maliyyə-İnformasiya resurslarına çıxış
• AET-Virtual Number - «Virtual telefon nömrəsi» xidməti
• AET- VPNet - Şəxsi virtual şəbəkələrin təşkili
• AET-Payphone Net - Taksafon rabitəsi
• AET-Bank services - Bank xidmətləri

10%-dən 57%-dək güzəştlər aşağıdakı xidmət növləri üzrə təqdim olunurlar:
• Dial-Up İnternet - İnternet şəbəkəsinə çağırışla çıxış
• AET-Leased İnternet - İnternetə ayrılmış xəttlə çıxış
• AET-High Speed İnternet - İnternetə ADSL texnologiyası ilə çıxış
• AET-Total İnternet - İnternetə yüksək sürətli çıxış (2 Mbit/s-dən)
• AET-İP-TV – İP televiziya

Bu xidmət növləri yalnız ATS 492/497/437 ərazisində yaşayan abunəçilər üçün deyil, eləcə də ATS 493, 498, 598, 440, 494, 495, 596, 438, 439, 510, 432, 434, 433, 430, 431, 530, 491, 566, 567, 514, 423, 421, 422, 428, 429, 470, 475, 476 ərazisində yaşayan abunəçilər üçün də tətbiq olunur.

Eləcə də ATS 492/497/437-nin həm mənzil həm də idərə sektorunun abunəçilərinə bir aylıq telefon danışıqlarının ödəniş məbləğindən asılı olaraq aşağıda göstərilən internetə çıxış xidmətlərdən birinə 10%, 15%, 20% əlavə güzəştlər təqdim olunur:
1. İnternetə ADSL texnologiyası ilə çıxış - AET-High Speed İnternet (bir aydan çox olmayan müddətə)
2. İnternetə yüksək sürətli çıxış xidməti - AET-Total İnternet

Güzəştlər haqqında bütün məlumatı 197 sorğu xidmətinə zəng edərək, www.azeurotel.com/tariffs/ saytında, eləcə də AzEvroTel şirkətinin abunə şöbəsindən əldə edə bilərsiniz.

   30 aprel 2007-ci il tarixli «AzEuroTel» BM-nin Press-relizi

   27 aprel 2007-ci il tarixdə Bakı Əyləncə Mərkəzində NETTY 2007 Azərbaycanın Milli İnternet Mükafatının təntənəli təqdim etmə mərasimi keçirilmişdir. NETTY akademikları rəsmi şəraitdə 11 nominasiya üzrə cari ilin ən yaxşı Milli veb-saytlarının adlarını açıqladılar. Resursların virtual səsverməsinin nəticələrinə görə mükafat üçün irəli sürülən 40 nominant arasından aşağıdakı nominasiyalar üzrə 11 qalib müəyyən edildi:

   1. Dövlət saytı: www.azertag.gov.az
   2. Korporativ sayt: www.bankofbaku.com
   3. Elm və təhsil: www.firststeps.az
   4. Mədəniyyət və incəsənət: http://atlas.musigi-dunya.az
   5. İnformasiya və xəbərlər:www.azerphoto.az
   6. Servis-saytlar:www.kataloq.net
   7. Əlyəncə:http://milyarder.azgraf.com
   8. İdman:www.azerisport.com
   9. Azərbaycan:http://karabakh.co.uk
   10. Şəxsi sayt:www.ophoto.az
   11. Cəmiyyət: www.stimul.org.az

   «Vətənimizin informasiya texnologiyalarının inkişafında olan zəhmətlərinə görə» fəxri nominasiya üzrə qalib ölkəmizin ən iri telekommunikasiya müəssisəsi olan AzEuroTel BM-nin rəhbəri Nuri Əhmədov oldu.
   Tədbirdə AR Gənclər və İdman Naziri Azad Rəhimov, ölkəmizin iri İK şirkətlərinin rəhbərləri, mükafat nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak etmişdir.
   NETTY mükafatı fəaliyyətinə 2004-cü ildə başlamışdır və Azərbaycanda üçüncü dəfə keçirilir.

   28 mart 2007-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi

   Dünən 27 mart 2007-ci il tarixində Gülüstan sarayında Xəzər İnteqrasiya İşgüzar Klubunun «Caspian Energy Integration Award - 2007» mükafatının 3-cü Beynəlxalq təqdim edilmə mərasimi keçirilmişdir.
   «İlin telekommunikasiya şirkəti» nominasiyasında mükafat «AzEuroTel» BM-nə təqdim edilmişdir.
   Mərasimdə ali dövlət icra institutlarının nümayəndələri, iri şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
   Hər il təqdim edilən «Caspian Energy Integration Award - 2007» Beynəlxalq Mükafatı Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən 2002-ci ildə təsis edilmişdir. Ötən illərdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev, Qazaxstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Prezident İlham Əliyev müxtəlif nominasiyalar üzrə qran-pri qalibləri olmuşlar.
   «AzEuroTel» BM-nin rəhbərliyi bütün əməkdaşlarını mükafat münasibətilə təbrik edir və qeyd edir ki, belə nüfuzlu mükafatın alınması bütün kollektivin əməyidir.

   
Əsas | webmaster
  '© 1997-2004 AzEuroTel BM