
|

|
«AzEuroTel» BM-nin 1 fevral 2005-cü il tarixli Press-relizi
«Consulting & Business» jurnalı 2000 ci ildən etibarən biznesdə müəyyən uğurlar əldə etmiş şirkətlər arasında «Uğur» mükafatının təqdim edilmə mərasimini keçirir. 2004-cü ilin yekunlarına görə «Azevrotel» BM «İlin Şirkəti. Telekommunikasiya» nomennasiyasında Milli «Uğur» mükafatı laureatı elan edilmişdi.
«Consulting & Business» jurnalıının redaksiya məqaləsində deyilir:
«Azevrotel» BM-nin Azərbaycan bazarında 10 illik iş fəalitinin nəticəsi onun telekommunikasiya xidmətləri sektorunun inkişafında mübahisəsiz liderliyidir.
Şirkət Azərbaycanda rəqəmli ATS, IP-telefoniya və trank rabitəsi xidmətlərini tətbiq edən ilk şirkətlərdən biridir.
2004-cü ildə «Azevrotel» Şirkəti abunəçilərinə yeni genişzolağlı multimedia, rabitə xidmətlərini təqdim edərək növbəti dəfə yenilik təşəbüşçüsü olmuşdur.
|
|
|
 |