
|

|
 | |  |
«AzEuroTel» BM-nin 1 iyun 2005-ci il tarixli Press-relizi
May ayının 31-də «AzEuroTel» BM-nin müştərilərinə təqdim elədiyi müxtəlif xidmət növlərinə yeni tariflər təsdiq edilmişdir.
Ayrı-ayrı xidmət növlərində tarif enmələri 10%-dən 80-90%-ə qədər dəyişir.
492/497/437 stansiyaları üzrə telefon quraşdırma tarifləri büdcə təşkilatları üçün 33%-ə, xarici şirkətlər və kommersiya təşkilatları üçün isə 37,5%-ə qədər enmişdir.
492/497/437 stansiyaları üzrə telefon nömrələrinin dəyişilməsi tarifləri əhali üçün 50%, büdcə və kommersiya təşkilatları üçün 58,3%-79,1% enmişdir.
Eləcə də korporativ şəbəkələrə qoşulma tarifləri də əhəmiyyətli dərəcədə endirilmişdir. Belə ki (2Mbit/s) şəhərdaxili rəqəmli kanalların qoşulma tarifləri büdcə və kommersiya təşkilatları üçün uyğun olaraq 87,5% və 75% endirilmişdir, bu kanallardan istifadəyə görə aylıq abunə haqqı isə büdcə təşkilatları üçün 91,6%, kommersiya təşkilatları üçün isə 83,3% endirilmişdir.
Tariflər cəmi 57 növ xidmət üzrə endirilmişdir.
2005-ci il iyun ayının 1-dən quvvəyə minən yeni tariflərlə «AzEuroTel» BM-nin abunə şöbəsində, eləcə də şirkətin saytında www.azeurotel.com, tariflər bölməsində tanış ola bilərsiniz.
Hal hazırda İnternet xidmətləri üzrə tariflərin endirilməsi işləri başa çatmaq üzrədir.
|
|
|
 |