
|

|
 | |  |
1 avqust 2005-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi
«AzEuroTel» BM-si daimi olaraq həm göstərilən xidmətlərin keyfiyyətinin, həm də hər bir «AzEuroTel» abunəçisinə şirkət tərəfindən göstərilən bütün xidmət növlərindən maksiamal şəkildə istifadə edə bilməsinə imkan yaradan tarif siyasətinin yaxşılaşdırılmasına çalışır.
Öncədən bildirildiyi kimi «AzEuroTel» BM nəinki telefoniya xidmətləri tariflərinin əhəmiyyətli dərəcədə endirilməsi işlərini bitirib, hətta hal-hazırda internet və genişzolaqlı rabitə xidmətlərinin də.
Belə ki, 2005-ci il 1avqust tarixindən «AzEuroTel» BM-si ərazisində ikinaqilli birləşdirici xətlə məlumatların ötürülməsi kanalına qoşulma haqqı 40% endirilmişdir, ötürmə sürətindən asılı olaraq optika üzrə məlumatların ötürülmə kanalının aylıq abunə haqqı isə 63%-ə qədər endirilmişdir.
Sürətindən asılı olaraq (64 Kbit/s-dən-1024 Kbit/s qədər) instolyasiya və port xidmətinin qiyməti müvafiq olaraq 29%-dən 50%-ə qədər endirilmişdir.
Tariflərdə total enmə eləcə də ayrılmış xətt üzrə Qlobal İnternet şəbəkəsinə qoşulmada da öz əksini tapmış və 60% təşkil etmişdir.
(Dial-up) məhdudiyyətsiz çıxış üzrə tariflərdə enmə 28%, şəbəkədə 1 saat işləmə üzrə isə 33% təşkil etmişdir.
Cəmi tariflərdə enmə 10 növ məlumatın ötürülməsi xidmətləri üzrə həyata keçirilmişdir.
Tariflərdə əhəmiyyətli enmə eləcə də genişzolaqlı rabitə xidmətlərində də öz əksini tapmışdır.
Belə ki, 100 MB tutumlu, əvvəlcədən ödənilən trafik üzrə Qlobal İnternet şəbəkəsinə yüksəksürətli çıxışın qiyməti 42% endirilmiş və hal-hazırda 17 500 manat təşkil edir.
Müvafiq olaraq hər 1 MB əlavə trafikin də qiyməti endirilmişdir.
Beləliklə, 2005-ci ilin iyun ayından avqust ayına dək ardıcıl olaraq telefoniya xidmətlərinin, İnternet və genişzolaqlı rabitə xidmətlərinin qiymətləri 80-90%-ə qədər endirilmişdir.
«AzEuroTel» şirkətinin 10 illik yubileyi ərəfəsində şirkətin rəhbərliyi bütün abunəçilərini təbrik edir və tariflərdə həyata keçirilən əhəmiyyətli endirimin müştərilərin «AzEuroTel» rabitə xidmətlərindən tam həcmdə istifadə etmələrinə imkan yaradacağına ümid edir! Biz Sizin üçün işləyirik!
2005-ci il avqust ayının 1-dən quvvəyə minən İnternet xidmətləri və genişzolaqlı rabitə xidmətləri üzrə yeni tariflərlə «AzEuroTel» BM-nin abunə şöbəsində,
eləcə də şirkətin saytında www.azeurotel.com, «Tariflər» bölməsində tanış ola bilərsiniz.
|
|
|
 |