
|

|
 | |  |
02 avqust 2004-cü il
«AzEuroTel» BM-si abunəçilərə 25 Mbit/s qədər yeni genişzolaqlı rabitə xidmətlərinin göstərilməsi üçün
avadanlığın testini başa çatdırmışdır.
Bu xidmətin tətbiqi nəticəsində 492/497 ATS-nın abunəçiləri İnternetə daimi kommutasiya olunmuş yüksək sürətli çıxışı (abunəçiyə istiqamətdə-7,5 Mbit/s qədər, abunəçidən istiqamətdə- 1,5 Mbit/s qədər sürətli), 98-ə qədər televiziya kanalı seçimini, eləcə də yüksək keyfiyyətli ənənəvi telefon və IP-telefoniya rabitəsini əldə edəcəklər.
Bütün bu xidmətlər abunəçilərin ATS-na bağlandıqları miss naqil vasitəsilə təqdim olunacaq.
Bununla yanaşı bütün xidmətləri eyni vaxtda əldə etmək olacaqdır.
Hal-hazırda İnteraktiv televiziya -tələbat ilə video
(Video on demand) xidməti tətbiq edilmə mərhələsindədir.
Bununla əlaqədar mövcud şəbəkənin genişzolaqlı multiservis şəbəkəsinə yenidənqurulması üzrə işlər aparılır. Bunun üçün DPT (Dynamic Packet Transport) texnologiyası tətbiq edilən ikiqat optik halqa istifadə olunacaqdır, hansı ki 2x2,5 Gbit/s keçirmə zolağını təmin edəcək və həm ənənəvi telefon, həm də IP-telefoniya xidmətlərini həyata keçirmək imkanını verəcəkdir.
«AzEuroTel» BM-nin korporativ müştərilərinə ETTH (Ethernet to home) həlli -məlumatların, nitqin və videonun sadə ucuz Ethernet şəbəkəsi vasitəsilə ötürülməsi təqdim olunacaqdır.
Bu xidmətin unikallığı ondan ibarətdir ki, optik lifli Ethernet-in ötürmə mühiti qismində istifadəsi bilivasitə müştərinin otağından şəbəkə vasitəsilə Gigabit çıxışı təmin etmək imkanını verəcəkdir.
|
|
|
 |