«
rus eng az






 
    2 oktyabr 2003-cü il

itu2003.jpg[35  ]


   2 oktyabr 2003-cü il tarixində “AzEuroTel” şirkətinə Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) İnkişaf Bürosunun Baş direktoru cənab Hamadun Ture baş çəkmişdir.
   O, birgə müəssisənin bölmələri ilə tanış olmuş, 492/497/437 stansiyasında, abunə şöbəsində, İnformasiya texnologiyaları və məlumatların ötürülməsi mərkəzində olmuşdur. Konfrans zalında “AzEuroTel” BM-nin rəhbərliyi və aparıcı mütəxəssisləri ilə görüş keçirildi.
   Cənab Hamadun Turenin qeyd etdiyi kimi, şirkətin istifadə etdiyi avadanlığın səviyyəsi və servisin keyfiyyəti onda xoş təəccüb hissi doğurdu. “AzEuroTel”-in dünyada tanınan Marconi Communication, Cisco Systems, Lucent Technologies və s. kimi telekommunikasiya avadanlıqlarını istehsal edən şirkətlərin avadanlıqlarını istifadə etməsi bir daha onu təsdiq edir ki, Azərbaycanda müasir səviyyədə xidmət göstərən şirkətlər mövcuddur”- cənab Hamadun Ture qeyd etdi.
   Baş direktor cənab N. Əhmədov şirkətin fəaliyyəti və qarşılaşdığı çətinliklər haqqında danışdı və xüsusi olaraq qeyd etdi ki, bütün bu çətinliklər şirkətin yüksək ixtisaslı kollektvi sayəsində aradan qaldırılır. Müzakirə gedişatında operatorlar arasındakı qarşılıqlı hesablaşmalar metodikası və tariflər məsələlərinə toxunuldu.
   Cənab Hamadun Ture bir çox ölkələrdə, xüsusən də inkişaf edən ölkələrdə müstəqil tənzimləyici orqanların yaradılması tendensiyasının müşahidə olunduğu barədə informasiya ilə bölüşdü və qeyd etdi ki, bu tendensiya sayəsində telekommunikasiya xidmətləri bazarının fəallığı artır, bu ölkələrdə rabitə administrasiyalarının inhisarı azalır və nəticədə bu ölkələrin əhalisi uduşda qalır və müxtəlif rabitə xidmətlərini göstərən şirkətlərin seçimində alternativ imkan əldə edir. Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) İnkişaf Bürosunun Baş direktoru cənab Hamadun Ture şirkətin rəhbərliyinə ITU-nun bütün tədbirlərində- seminarlarda, konfranslarda, sərgilərdə iştirak etdiklərinə görə öz təşəkkürünü və 12-18 oktyabr 2003-cü il tarixində Cenevrədə keçiriləcək sərgidə “AzEuroTel” BM-nin komandası ilə yeni görüşün gözlədiyini bildirdi.
əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM