
|

|
 | |  |
8 fevral 2007-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi
Son vaxtlar İnternetdə «dayler» adı ilə məşhurlaşan proqlramlar geniş yayılmağa başlamışdır.
Siz Dial-up rejimində internetə qoşularaq xüsusi saytlara daxil olarkən «dayler» altproqramı avtomatik olaraq kompüterinizə yüklənir və telefonunuzun
beynəlxalq və şəhərlərarsı çıxışı («0» və «00» kodu) açıq olduğu halda,həmin proqramm vasitəsilə avtomatik olaraq beynəlxalq telefon stansiya üzərindən müxtəlif beynəlxalq istiqamətlərə yığımlar edilir. Nəticədə etdiyiniz beynəlxalq yığımlara görə Sizə müvafiq haqq hesablanır.
Həmçinin kompüterinizə «virus» düşməsi və kompüterinizdə olan məlumatlardan digərlərinin istifadəsi ehtimalı çoxalır.
Qeyd olunanları nəzərə alaraq, İnternetdən istifadə zamanı beynəlxalq telefon danışıq borclarının yaranmaması üçün əyləncə xarakterli saytlara müraciət edildiyi hallarda diqqətli olmağınızı və ekrana çıxan sorğuları başa düşülmədiyi hallarda qəbul etməməyi tovsiyə edirik.
Eyni zamanda yuxarıda göstərilən hallardan sığortalanmaq üçün, «0» və «00» çıxışlarının bağlanmasını və onlara kodlaşma servisi qoşulmasını məsləhət görürük.
|
|
|
 |