
|

|
 | |  |
8 dekabr 2003-cü il
“Telekommunikasiyalar, informasiya və kommunikasiya texnologiyaları arasında qarşılıqlı əlaqələr yeni məhsulların və xidmətlərin istehsalına, eləcə də biznesin həyata keçirilməsinə yeni nəzərin salınmasına stimul verir”- bu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rəhbərliyinin fikridir.
10-12 dekabr 2003-cü il tarixində İsveçrənin Cenevrə şəhərində, PALEXPO sərgi kompleksində İnformasiya Birliyi üzrə Ümumdünya Sammiti keçiriləcək. Sammit yalnız ölkə başçılarını və BMT təşkilatlarının İcraçı Rəhbərlərini deyil, sənaye liderlərini, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrinin nümayəndələrini bir araya gətirəcək.
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil edilən İnformasiya Birliyi üzrə Ümumdünya Sammiti toplaşan bütün maraqlı dairələrə İKT sahəsində yeni nailiyyətləri tətbiq etməklə vahid infokommunikasiya məkanının qurulma prosesinin daha yaxşı dərk edilməsi üçün unikal imkanı təqdim edəcəkdir.
Ən yüksək səviyyədə təmsil olunacaq və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq edəcəyi Azərbaycan Nümayəndə Heyətinin tərkibinə “AzEuroTel” BM-nin Baş direktoru cənab N. Əhmədov da daxildir.
Sammitlə yanaşı, 9-13 dekabr tarixində PALEXPO sərgi kompleksinin 4 saylı holunda “ICT for Development Platform” sərgisi keçiriləcəkdir. Dünyanın 80 ölkəsinin hökumətləri, şirkətləri, milli və beynəlxalq təşkilatları infokommunikasiya sahəsində əldə olunan nailiyyətlərini nümayiş etdirmək üçün bir yerə toplaşacaqlar.
Azərbaycan bu sərgidə dövlət və komersiya strukturlarını birləşdirən ümumi stendlə təmsil olunacaqdır. “AzEuroTel” şirkəti sərgi ziyarətçilərinə yüksəksurətli İnternetə çıxışı, IP telefonlarından istifadə etmək imkanını, eləcə də sərgidən on-layn rejimində birbaşa yayımı təqdim edəcəkdir.
|
|
|
 |