
|

|
13 oktyabr 2003-cü il
![itu2003.jpg[35 ]](imgs/itu2003.jpg)
Ümumdünya telekommunikasiya forumu ikinci gün davam edir.
900-dən çox şirkət ITU TELECOM WORLD 2003 sərgisində iştirak edirlər.
“AzEuroTel” BM-si Azərbaycanın yeganə nümayəndəsi olaraq sərgidə öz stendi ilə iştirak edir. İlk iki gün ərzində şirkətin mütəxəssisləri Teleport TP, Polaris Communication, RSC, Beynəlxalq Tranzit Telekom (MTT), DUCAT, SOFTEL, MESSE pluss, SWISSOM, GASCOM, JAPAN TELECOM, MEGAFON, Alvaron və s. kimi aparıcı telekommunikasiya şirkətləri ilə bir sıra danışıqlar aparmışlar.
“AzEuroTel” BM-si öz stendindən sərginin qonaqlarına yüksək sürətli İntenet, İP telefonundan istifadə etmək imkanı təqdim etmişdir, eləcə də sərgidən on-layn rejimində birbaşa yayım təşkil etmişdir.
|
|
|
 |