
|

|
14 aprel 2004-cü il
14-17 aprel 2004-cü il tarixində Türkiyənin Stambul şəhərində 3-cü Beynəlxalq Caspian Telecoms konfransı keçirilir. Konfrans çərçivəsində Türkiyənin, Xəzər regionunun və Mərkəzi Asiyanın Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə 2-ci Beynəlxalq Sərgisi keçirilir.
Caspian Telecoms Konfransı fəaliyyətini telekommunikasiya sektorunda həyata keçirən şirkətlər üçün bir nömrəli regional hadisədir və bu şirkətlərə ən iri beynəlxalq telekommunikasiya operatorları və xidmət provayderləri ilə partnyorluq əlaqələrini yaratmaq imkanı verir.
«AzEuroTel» BM-ni Baş direktor müavini R. Z. Səfərov təmsil edir. |
|
|
 |