«
rus eng az






 
    15 oktyabr 2003-cü il
15 oktyabr 2003-cü il - Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü ilə əlaqədar olaraq Cenevrədə 12-18 oktyabr tarixində keçirilən ITU TELECOM WORLD sərgisində rəsmi olaraq Azərbaycan Günü elan edildi.
   Azərbaycan Günü çərçivəsində “AzEuroTel” BM-si 15 oktyabr 2003-cü il saat 11.00-da öz stendində ölkəmizə həsr edilmiş təqdimat mərasimi keçirdi və burda sərginin bütün iştirakçılarına Azərbaycan haqqında film nümayiş etdirildi, milli suvenirlər və şirniyyatlar paylandı.
   Stenddə duran qızlar başlarına əl işi olan, təbii ipəkdən, qədim milli ornamentdən istifadə edilərək hazırlanan kəlağailərı bağlamışdılar. Azərbaycan musiqisi səslənirdi.
   Bütün gün ərzində “AzEuroTel” BM-nin nümayəndə heyətinin üzvləri Azərbaycanın Cenevrədəki nümayəndəliyinə baş çəkmiş və öz vətəndaş borclarını yerinə yetirərək səs vermişlər.
   Həmin günün axşamı şəhərin tanınmış otellərindən biri olan - des Bergues otelində qala-gecə təşkil olundu.
   Bu gecədə ITU-nun rəhbərliyi- Baş katib Yoşio Utsumi, onun müavinləri, İnkişaf bürosunun direktoru Hamadun Tur, Standartlaşdırma bürosunun direktoru X. Zao, ITU TELECOM WORLD sərgisinin rəhbəri T. Daxl-Hansen, ITU-nun bölmələrinin rəisləri, Rusiyanın Teleport-TP, Rostelekom və sair kimi telekomunikasiya şirkətlərinin nümayəndələri, media nümayəndələri, ”Financial Times” qəzetinin Avropadakı nümayəndəliyinin başçısı S. de Munk iştirak etdilər.
   Gecəni açaraq, Baş direktor müavini Oqtay Əhmədov qonaqlara müraciət edərək, qeyd etdi ki, bu sərgidə təkcə “AzEuroTel” BM-si yox, Azərbaycan təmsil olunur və şirkət üçün böyük şərəfdir ki, ölkəmizdə Prezident seçkiləri keçirilən belə bir gündə qonaqlar vaxt tapıb bu gecəyə təşrif buyurublar. “AzEuroTel” BM-nin adından Baş katib Yoşio Utsumiyə əl işi olan və üzərində milli ornamentlər və ITU-nun loqosu olan xalça təqdim olundu.
əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM