«
rus eng az






 
   22 fevral 2006-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi

   AzEuroTel şirkətinin ADSL xidmətləri üzrə yeni təklifləri!
   «AzEuroTel» BM müştərilərin istəklərini nəzərə alaraq 2006-cı il fevral ayının 23-dən mənzil sektorunun abunəçiləri üçün 64 Kbit/s, 128 Kbit/s, 196 Kbit/s, 256 Kbit/s və 512 Kbit/s sürətli ADSL xidmətləri çərçivəsində yeni tariflər daxil edir. Yeni tariflərin tətbiqi şirkətin müştəri bazasının artması və orta qiymət kateqoriyası üzrə xidmət növünə olan tələbin daimi olaraq yüksəlməsi ilə əlaqədardır. Yeni tarif planlarına əsasən, bir təqvim ayı müddətində istifadə edəcəyiniz zəruri olan trafik və saat həcmini sifariş etməklə ADSL xidmətinə qoşula bilərsiniz və bununla da tətbiq olunan yeni tariflərlə yanaşı göstərilən ADSL xidmətinə məhdudiyyətsiz çıxışdan fərqli olaraq vəsaitlərinizə qənaət etmiş olursunuz. Yeni tariflər ilk növbədə İnternetə olan ehtiyac həcmi yüksək olmayan, keyfiyyət və qiymət göstəriciləri vacib olan mənzil istifadəçiləri üçün maraqlı olacaqdır. Hələ ki göstərilən xidmət və hazırki tariflər ancaq «AzEuroTel» BM-nin xidmət zonası üzrə yerləşən müştərilər üçün mümkündür. ADSL üzrə yeni xidmətlərə çıxış tariflərini burada izləyə bilərsiniz.
əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM