«
rus eng az






 
   «AzEuroTel» BM-nin 24 dekabr 2004-cü il tarixli Press-relizi

   17 dekabr 2004-cü il tarixində İş Təcrübəsində Keyfiyyətə görə Beynəlxalq Fondun İdarə heyəti «AzEuroTel» BM-ni «İş təcrübəsində yüksək keyfiyyətə görə» Qızıl medalla (Gold Medal for Excellence in Business Practice) mükafatlandırmışdır.
   İş təcrübəsində yüksək keyfiyyət Fondu–qərargahı Cenevrədə (İsveçrə) yerləşən və İsveçrənin Federal hakimiyyətinin nəzarəti altında olan unikal beynəlxalq qeyri hökümət və qeyri komersiya təşkilatıdır, hansı ki biznes cəmiyyətinin fəaliyyətinin vahid standartlarını yüksək etik və mənəvi prinsiplər əsasında bütün dünyada tətbiqini və yayılmasını özünə məqsəd qoyur.
   İş təcrübəsində yüksək keyfiyyət maliyyə hesabatlarının şəffavlığını və nöqsansızlığını, korporativ idarəetməni, təqdim edilən xidmətlərin və istehsal olunan malların yüksək keyfiyyətini nəzərdə tutur.
   Cenevrənin Credit Suisse konfrans zalında keçirilən Qızıl medalla mükafatlandırma mərasimində fondun sədri cənab D.Damari qeyd etdi: «AzEuroTel» şirkətinin «İş təcrübəsində yüksək keyfiyyətə görə» Qızıl medalla mükafatlandırılması şirkətin beynəlxalq biznesin yüksək normalarına müvafiq olaraq müstəqil qiymətləndirilməsini təcəssüm edir, eləcə də «AzEuroTel» şirkətinin beynəlxalq standartlara müvafiq olaraq işləməyə can atdığının qəbul edilməsinin açıq jestidir.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM