
|

|
25 Noyabr 2004-cü il
Bu gün 2004-cü il noyabr ayının 25 Bakı şəhərində «Rəqəmsal uçurum və bilik iqtisadiyyatı: problemlər həlli yolları» mövzusunda Beynəlxalq Konfrans öz işinə başlayır.
Konfransda həm dövlət həm də özəl şirkətlərin informasiya-kommunikasiya texnologiyaları (İKT)
sahəsində əldə
etdikləri uğurlara baxılacaq, eləcə də Azərbaycanda və başqa ölkələrdə İKT-nin tətbiqi sahəsindəki təcrübə öyrəniləcək.
Konfransın işində Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU) Baş katibi Yoşimo Utsumi və eləcə də 40 ölkədən 100-dən artıq nümayəndə iştirak edəcək.
«AzEvroTel» şirkətini Baş direktor N.Əhmədov, baş direktor müavini R.Səfərov, İnformasiya Texnologiyaları və Verilənlərin ötürülməsi Mərkəzinin rəisi S.Babayev, Genişzolaqlı rabitə xidmətləri şöbəsinin rəisi cənab R.Tağıyev təmsil edəcək.
Konfrans öz işini 28.11.2004-cü il tarixinədək davam edəcək.
|
|
|
 |