«
rus eng az






 
    26 dekabr 2003-cü il tarixli Press-reliz
   14-16 dekabr 2003 ildə Belçikanın Brüssel şəhərində, “Layihələrin maliyyələşdirilməsi və İnkişaf edən bazarlara investisiya qoyuluşları” mövzusuna həsr edilmiş növbəti 7-ci EMRC EuroMaket Forumu (EUROPEAN MARKETING RESEARCH CENTER) keçirildi. Forumun təşkilatçıları Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər iri beynəlxalq şirkətlər oldular.
    Forum iş partnyorlarının efektiv seçiminə yönəldilmişdir, onun məqsədi maliyyə və idarəetmə həllərinin təqdim edilməsi, inkişaf edən ölkələrdə birgə müəssisələrin və partnyorluğun sabit inkişafının həvəsləndirilməsi idi.
    Forumda EuroMarket mükafatları təqdim edilmişdir.
“AzEuroTel” BM-nin Baş direktoru Nuru Əhmədov, fəxri mükafatda göstərildiyi kimi- “-z ölkəsinin dünya bazarı ilə iqtisadi inteqrasiyasında şəxsi əməyinə görə” və EMRS İcra Komitəsinin Prezidenti cənab Pyer Mateysenin məktubunda qeyd etdiyi kimi- “biznesinizin idarəetməsindəki uğurlara” görə “EuroMarket 2003” mükafatına layiq görülmüşdür.
   Qeyd emək lazımdır ki, qaliblər EMRS Şurası tərəfindən əsaslı şəkildə seçilmişdilər. EMRS şurasının tərkibinə daxil idilər:
Cənab Evald Novotnı, Avropa İnvestisiya Bankının Vise-prezidenti;
Cənab Folker Noyşuts, Maliyyə inkişafı Korporasiyasının Vise-prezidenti;
Cənab David Xekster, Avropa Yenidənqurma və İnkişafı Bankının Vise-prezidenti və tanınmış beynəlxalq təşkilatların, eləcə də iri maliyyə korporasiyalarının digər nümayəndələri.
    “EuroMarket 2003” mükafatına eləcə də fəaliyyətini azərbaycan bazarında həyata keçirən “Azersun” türk şirkəti layiq görüldü.

prisel.jpg[36  ]

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM