
|

|
27 yanvar 2004-cü il tarixli Press-reliz
25 yanvar 2004-cü il tarixdə Qrand-otel Avropada Azərbaycanın İqtisadiyyat və Biznes Sahəsində Uğur 2003 - Milli Mükafatının laureatlarının növbəti təltif etmə mərasimi keçirildi. Bu mükafat Consulting & Business nəşri tərəfindən təsis edilmişdir, hansı ki 1996-cı ildə ilk nömrəsinin çıxdığı andan Azərbaycanda bazar münasibətlərinin inkişafını, sahibkarlıq fəaliyyətinin dəstəklənməsini və biznes elitasının formalaşmasını əsas məqsəd kimi elan etmişdir.
UĞUR-2003 mükafatının laureatları Azərbaycanın aparıcı şirkətlərinin 50-dən çox nümayəndələri oldular.
“AzEuroTel” BM-si “Ən yaxşı menecment” nominasiyasında UĞUR-2003 mükafatına layiq görüldü.
Bununla əlaqədar “AzEuroTel” BM-nin Baş direktoru cənab N. Əhmədov qeyd etdi ki, “bu təkcə şirkətin rəhbərliyinin mükafatı deyil, eləcə də hər bir sıravi əməkdaşın mükafatıdır, çünki bizim işimizin uğurunun zamini- əməkdaşlarımızın yüksək peşəkarlığıdır”.
|
|
|
 |