«
rus eng az






 
   27 mart 2004-cü il
        Bu gün, 27 mart 2004-cü il tarixdə, «AzEuroTel» BM abunəçilərə yeni genişzolaqlı rabitə xidmətlərinin təqdim edilməsi üçün avadanlığın testləşdirilməsini həyata keçirmişdir.
   Bu xidmətin tətbiqindən sonra ATS 492/497/437 abunəçiləri İnternetə sabit kommutasiya olunmuş yüksək sürətli çıxışı (abunəçiyə istiqamətdə ötürmə sürəti -7,5 Mbit/s, abunəçidən isə -1,5 Mbit/s), 60-a qədər televiziya kanalı ilə «Peyk-TV», eləcə də keyfiyyətli ənənəvi telefon və IP telefoniya rabitəsini əldə edəcəklər.
   Bütün bu xidmətlər abunəçilərə onların ATS-ə qoşulduqları bir mis naqil vasitəsilə təqdim ediləcək. Və bütün bu xidmətləri eyni vaxtda əldə etmək olacaq.
   Bununla əlaqədar olaraq mövcud darzolaqlı şəbəkənin geniş multiservisli şəbəkəyə rekonstruksiya edilməsi üzrə işlər aparılır. Bunun üçün DPT (Dynamic Packet Transport) texnologiyası tətbiq edilən ikiqat optik halqa istifadə ediləcəkdir və bu halqa 2x2,5 Gbit/s keçirmə zolağını təmin edəcək və həm ənənəvi telefon həm də IP telefoniya xidmətlərini təqdim etmək imkanını verəcəkdir.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM