
|

|
 | |  |
27 mart 2006-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi
2006-cı il 7 mart tarixindən 15 mart tarixədən Katarın Doxa şəhərində Şeraton konfrans mərkəzində Elektrik Rabitəsinin İnkişafı üzrə Ümumdünya konfrans keçirilmişdir (EİÜK). Konfransda 969 nümayəndə, eləcə də 132 ölkədən 820 hökümət nümayəndəsi, Fələstinin 4 nümayəndəsi, 31 ölkənin özəl və ictimai şirkətinin 93 nümayəndəsi, 9 ölkənin Milli telekommunikasiya şirkətinin 14 nümayəndəsi və nəzarətçi kimi qeydə alınan 22 ölkənin 38 nümayəndəsi iştirak etmişdir.
Konfransın əsas məqsədi stratejik hərəkət planını hazırlamaq, eləcə də hamıya açıq olan informasiya cəmiyyətinin yaradılmasına BERŞ (Beynəlxalq Elektrik Rabitəsi Şurası) tərəfindən qoyuluşlara zəmin yaradan deklarasiyalar qəbul etməkdir. Konfransın efektiv işləməsi üçün fəaliyyət proqramları və istiqamətləri, strateji xarakterli eləcə də dövlətlərarası (Şura Üzvləri və Sektor Üzvləri) ümumi siyasət və əməkdaşlığa aid məsələlərin müzakirə edildiyi beş komitə və iki işçi qrup yaradılmışdır.
Konfransın işinin nəticəsi olaraq Vahid İnformasiya məkanının yaradılması prossesini tezləşdirmək məqsədi ilə altı proqramdan ibarət Doxa Hərəkət Planı qəbul edilmişdir:
1. Tənzimləmə islahatları
2. İnformasiya və Telekommunikasiya infrastrukturunun texnolojik inkişafı
3. Elektron strategiya və İTC proqramları
4. İqtisadiyyat və maliyyələşdirmə, qiymətlər və tariflər daxil olmaqla
5. İnsan resurslarının formalaşdırılması
6. Az inkişaf etmiş ölkələr (AİÖ), Adaların İnkişaf Edən Ölkələri və Qəza Telekommunikasiyası (qəza hallarında rabitənin təmin olunması)
Konfransın işində «AzEuroTel» BM-nin Maliyyə məsələləri üzrə Baş Direktor muavini cənab Cəfərov Fərhad və İnformasiya-Analitik şöbəsinin rəisi xanım Qəhramanzadə Subi iştirak etmişdir.
|
|
|
 |