
|

|
 | |  |
29 sentyabr 2003 il
12-18 oktyabr 2003 -cü il tarixində Cenevrədə (İsveçrə) Beynəlxalq Telekomunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunmuş ITU TELECOM WORLD ümumdünya telekomunikasiya sərgisi keçiriləcəkdir. ITU-nın himayəsi altında keçirilən ümumdünya telekomunikasiya sərgisi dünyada ən iri sərgilərdən biridir, dörd ildə bir dəfə keçirilir və telekomunikasiya sahəsində əldə olunan nailiyyətlərin baxışıdır.
ITU-nın dəvəti ilə sərgidə artıq ikinci dəfədir ki «AzEuroTel» BM-si iştirak edir.
Sərgidə dünyanın 900-dən çox telekomunikasiya şirkətinin və telekomunikasiya avadanlıqlarını istehsal edən firmaların iştirakı gözlənilir.
Qeyd etmək istərdik ki, MDB ölkələrindən yalnız Rusiya bir neçə iri şirkətlərlə və Azərbaycan «AzEuroTel» BM-si ilə təmsil olunacaqdır.
Sərgiyə gələnlər “AzEuroTel” BM-nin PALEXPO (Cenevrə) sərgi kompleksində yerləşən stendində (holl 2 stend - 2061) irkətin fəaliyyəti ilə tanış ola bilər və şirkətin təqdim etdiyi xidmətlərdən istifadə edə bilərlər: (VoIP istifadə etməklə) dünyanın istənilən nöqtəsinə zəng edə bilər, yüksək sürətli kanallarla İnternetə çıxa bilər, video-konfransda iştirak edə bilərlər.
Sərgi zamanı 15 oktyabr 2003-cü il tarixində «AzEuroTel» BM-si stendində Azərbaycan günü keçirəcəkdir və sərgiyə gələn bütün qonaqlar və iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olmaqla yanaşı bizim ölkəmiz, milli xüsusiyyətlərimiz və adət-ənənələrimiz barədə məlumatı əldə edə biləcəklər.
Həmin günün axşamı Cenevrənin otellərinin birində ITU-nun rəsmi şəxsləri, iri telekomunikasiya şirkətlərinin başçıları və Azərbaycanın İsveçrədəki nümayəndəliklərinin əməkdaşları dəvət olunan mərasim keçiriləcəkdir.
Bundan başqa, sərgi zamanı on-line rejimində birbaşa yayımlar nəzərdə tutulmuşdur.
Hər bir şəxs «AzEuroTel» BM-nin internet səhifəsinə www.azeurotel.com daxil olaraq sərgidə baş verən hadisələri müşahidə edə bilər.
|
|
|
 |