«
rus eng az






 
   «AzEuroTel» BM-nin 29 sentyabr 2004-cü il tarixli Press-relizi

   Bu gün, BakuTel-04 sərgisi çərçivəsində, «AzEuroTel» BM-nin «Genişzolaqlı rabitə xidmətləri hər ofisə və hər evə» adlı təqdimat mərasimi keçirilmişdir.
   «AzEuroTel» BM-nin Azərbaycanda ilk dəfə öz abunəçilərinə təqdim etdiyi xidmətləri barədə şirkətin Baş direktoru N.A. Əhmədov söhbət açdı.
   R.İ.S.K. şirkətinin bu layihədə iştirakı barədə şirkətin baş meneceri C. Cümşüdov danışdı, və o, bu texniki həllin «AzEuroTel» BM-nə təklif olunduğunu və bir il müddətində işlənib hazırlandıqdan sonra istismara verildiyini qeyd etdi.    Şirkətin inkişaf strateqiyası haqda Baş direktor müavini R.Z. Səfərov məlumat verdi.
   Şirkətin planlarına bu xidmətin yalnız ATS 492/497/437 abunəçiləri üçün deyil, Bakı telefon şəbəkəsinin digər ATS-lərı üçün də tətbiq olunması daxildir.
   Adı çəkilən xidmətin tətbiq edilməsi hər bir abunəçiyə eyni vaxtda bir mis cütlüyü ilə İnternetə 26 Mbit/s qədər (24 saat, həftənin 7 günü), korporativ müştərilərə isə 100 Mbit/s qədər yüksəksürətli çıxış, 98 kanala yaxın İP televiziyası, eləcə də ənənəvi və İP telefon rabitəsini istifadə etmək imkanı verəcəkdir.
   Eləcə də bu xidmətin tətbiq edilməsi sayəsində abunəçilər «Elektron ev» konsepsiyasını reallaşdıra biləcəklər, yəni həkim məsləhəti, təhsil almaq, yaxınları ilə videokonfrans əlaqəsi yaratmaq və digər xidmətlər üçün İnternetə yüksəksürətli çıxışın bütün üstünlüklərindən istifadə edə biləcəklər.
   Təqdimat mərasimində kütləvi informasiya vasitələri, telekommunikasiya avadanlığının istehsalçı-müəssisələrinin nümayəndələri, eləcə də İnternet operatorları və provayderləri iştirak edirdilər.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM