
|

|
 | |  |
30 yanvar 2006-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi
2006-ci il yanvar ayının 28-də «UĞUR-2005» Milli mükafatın təqdimetmə mərasimi keçirilmişdir.
«Telekommunikasiya xidmətlərinin inkişafına olan xidmətlər» nominasiyasında «AzEuroTel» BM-nin Baş Direktoru cənab Nuru Əhmədov mükafatlandırılmışdır.
Dekada-addım tipli ATS bazasında yaradılmış, və hal hazırda respublikanın ən iri informasiya-kommunikasiya mərkəzi olan şirkətin yaradıcısı və əvəzolunmaz Direktoru Nuru Əhmədov bütün bu illər ərzində peşəkarların şirkətini yaratmağa çalışırdı.
Ötən on illik dövr ərzində «AzEuroTel» BM Azərbaycanın telekommunikasiya bazarında layiqli yer tutmağa nail olmuşdur. Göstərilən xidmətlərin keyfiyyəti və spektri hər şeyi öz əvəzindən deyir. Bu yerli, beynəlxalq və şəhərlərarası rabitə xidmətləri, ADSL texnologiyasından istifadə etməklə yüksəksürətli İnternet, «Triple Play» genişzolaqlı multimediya rabitə xidmətləri, DECT standartlı simsiz rabitə xidmətləridir.
Nuru Əhmədovun rəhbərliyi ilə «AzEuroTel» kollektivi keyfiyyətə, ən yaxşı ticarət markasına və ən yaxşı menecmentə görə bir çox beynəlxalq priz və mükafatlara layiq görülmüşdür. 2002-ci ildə strateji menecment sahəsində şəxsi xidmətlərinə görə N.Əhmədov «İstehsalata yardım Asosiasiyasının Qızıl medalı» ilə (Fransa) təltif olunmuşdur.
«UĞUR-2005» Milli mükafatın «AzEuroTel» BM-nin Baş Direktoru Nuru Əhmədova təqdim olunması Azərbaycanın ən yaxşı şirkətlərinə əsl peşəkar və vətənpərvərlərin rəhbərlik etdiyini bir daha sübut edir.
|
|
|
 |