
|

|
 | |  |
«AzEuroTel» BM-nin 30 mart 2005-ci il tarixli Press-relizi
Müştərilərin sorğularının öyrənilməsi və təmin edilməsi məqsədi ilə, eləcə də yarana biləcək problemlərin operativ həlli üçün bu gündən Baş direktor Nuru Əhmədovun İnternet-qəbul otağı öz işinə başlayır.
Baş direktor cənab Nuru Ağamirzə oğlu Əhmədovun İnternet-qəbul otağı interaktiv ünsiyyət vasitəsi kimi hər bir sakinə və abunəçiyə öz iradlarını, təkliflərini və arzularını ifadə etmək və bilavasitə «AzEuroTel» şirkətinin rəhbərliyindən mütəxəssis cavabı almaq imkanı verir.
Bunun üçün siz şirkətin saytını tapmalı, İnternet-qəbul otağı səhifəsinə çıxmalı və maraqlandıran sualı verməlisiniz.
Cavabı elektron poçtu vasitəsilə ala bilərsiniz.
Sualınız təkcə sizə aid olmadıqda, onlar sual və cavablar səhifəsində yerləşdiriləcəkdir.
Müraciyətinizin ünvana çatması üçün mütləq adınızı və soyadınızı, ünvanınızı və ya əlaqə telefonunuzu qeyd edin və probleminizin həllini əhəmiyyətli dərəcədə tezləşdirmək üçün konkret olaraq məsələnin mahiyyətini izah edin.
Anonim müraciyətlərə baxılmayacaqdır.
|
|
|
 |