May, 10, 2000
«AzEuroTel» BM-in gurultusuz keçirilən yubileyi.
10 may 2000- il tarixində rabitə xidmətlərinin Azərbaycan bazarında «AzEuroTel» BM fəaliyyətinin başlanmasının 4 ili tamam olub. «AzEuroTel» BM telefon rabitəsi xidmətlərini may 1996 il tarixindən göstərməyə başlayıb. Bu illər ərzində «AzEuroTel» BM Azərbaycanda aparıcı telekommunikasiya şirkətlərindən biri olub. «AzEuroTel» BM yerli, şəhərlərarası telefon rabitəsi xidmətlərinin göstərilməsinə, mə’lumatların ötürülməsinə və telematik xidmətlərin göstərilməsinə dair lisenziyalara malikdir.
«AzEuroTel» BM Bakıda güclü SDH lifli-optik nəqliyyat şəbəkəsini qurub. SDH nəqliyyat şəbəkəsi əsasında BM bir sıra telekommunikasiya şəbəkələrini təşkil edib: telefon, Internetə daxil olma şəbəkəsi, mə’lumatların ötürülmə şəbəkəsi. Hal-hazırda «AzEuroTel» BM Bakı şəhəri telefon rabitəsinin ən iri operatorlarındandır. Quraşdırılmış tutumu 18.000 telefon nömrəsi, işə salınan tutumu isə 17.000 nömrə təşkil edir. BM abunəçiləri həm iri korporativ müştəriləri, həm də ayrı-ayrı şəxslərdir. 1998-ci ildən «AzEuroTel» BM Internet şəbəkəsinə daxil olmanı təqdim edir. Hazırda BM kommutasiya və ayrılmış kanallar ilə şəbəkəyə daxil olma xidmətini, həmçinin WEB-saytın yerləşdirilməsi xidmətini göstərir. Ən qabaqcıl ATM, Frame Relay texnologiyalarından istifadə edən mə’lumatların ötürülməsi şəbəkəsinin əsasında «AzEuroTel» BM mə’lumatların və videotəsvirin xidmətlərini, təşkilatlarının filiallarının lokal hesablaşma şəbəkələrini vahid korporativ şəbəkəsində birləşdirilməsini, uzaqda olan terminalların əsas kompyuteri ilə rabitə xidmətlərini və s. təqdim edir. Bundan başqa, «AzEuroTel» BM mə’lumatların ötürülmə şəbəkəsi ilə BM müştərilərini Bakı Banklararası Valyuta Birjasına, Internet şəbəkəsində «Reuters» və «SWIFT» qlobal şəbəkələrinə və s. daxil olmasını tə’min edə bilər. «AzEuroTel»BM-nin müvəffəqiyyətli inkişafına məşhur Azərbaycan, Rusiya və digər xarici şirkətləri ilə sıx partnyor münasibətləri kömək edir. Onların içərisində Newbridge Networks, Nokia, Marconi Communications, Motorolla, Roctelecom, Cable & Wireless, Teleport-TP, Teleross, Azərbaycan Elektronikası, NPF «R.I.S.K» və digərlərini göstərmək olar. Gələcəkdə «AzEuroTel» BM SDH lifli-optik şəbəkəsinin inkişaf etdirilməsini, telefon tutumunun artırılmasını, Internet magistral kanallarının əhəmiyyətli dərəcədə genişləndirilməsini planlaşdırır. Şəxsi istifadəçilərə müasir rabitə xidmətlərinin göstərilməsi ilə bağlı olan istiqamətini fəal surətdə inkişaf etdirəcək. Uğurlar olsun, «AzEuroTel»!
|