«
rus eng az






 
Yanvar, 9, 2001
«AzEvroTel» BM-i yenə də Nazirliyə qarşı məhkəməni udub.

Səbail rayonu hakimi F.I.Ağasiyevanın 8 dekabr 2000-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Inzibati Qanun Pozuntuları Məcəlləsinin 169 və 170 maddələri əsasında «AzEvroTel» BM inzibati mə’suliyyətə cəlb olunması cinayət tərkibində inzibati qanunpozuntusu olmadığı üçün dayandırıldı. Məsələ ondan ibarət idi ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin nümayəndələri hesab edərək ki, «AzEvroTel» BM dövlət qeydiyyatını keçməyən yerüstü peyk rabitəsi sistemindən istifadə etməklə inzibati qanun pozuntusuna yol verib, məhkəməyə müraciət ediblər.

Lakin, «AzEvroTel» BM-si 2 saylı Lisenziyaya malik olaraq və Azərbaycan Respublikası Iqtisadi Məhkəməsinin qərarına əsaslanaraq, yanvar və aprel 2000-ci il tarixində VSAT yerüstü peyk stansiyasının qeyddiyyatı və radiotezliklərin alınması ilə bağlı lazımi sənədləri Radiotezliklər Dövlət Idarəsinə təqdim edib. Rabitə Nazirliyi Radiotezliklər Dövlət Idarəsi öz cavabında «AzEvroTel» BM VSAT-ın istifadəsi üçün yeni müqavilə göndərərək, həmin müqavilə əsasında respublikada mövcud olan tariflərdən 50 dəfə çox olan tariflər ilə ödəniş aparılmasını tələb edib!

Mə’lum oldu ki, yeni tariflər «Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu» əsasında nə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, nə də Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi ilə razılaşdırılmayıb və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən qanunsuz tətbiq edilib və s.

Beləliklə, Radiotezliklər Idarəsi güya «AzEvroTel» BM tərəfindən inzibati qanunpozuntularını səbəb kötürərək məhkəməyə müraciət etsə də, həqiqətdə isə Rabitə Nazirliyi Radiotezliklər Idarəsi qüvvədə olan qanunvericiliyə və mövcud təcrübəyə uyğun olaraq radiotezliklərin verilməməsinə görə özü mə’suliyyət daşıyır.

Bu da məhkəmənin 8 dekabr 2000-ci il tarixli qətnaməsində qeyd edilib:

«Inzibati qanun pozuntuları haqqında Azərbaycan Respublikası Məcəlləsinin 169 və 170 maddələri ilə «AzEvroTel» BM inzibati mə’suliyyətə cəlb olunmasının işin başlanmasının icrası, inzibati qanunpozuntusunun cinayət tərkibi olmadığı üçün, dayandırılsın».

9 yanvar 2001-ci il tarixində Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Heydər oğlu Talıbov, 8 dekabr 2000-ci il tarixli Bakı şəhəri Səbail rayonu məhkəməsinin qərarının ləğv edilməsi üçün Rabitə Nazirliyi Radiotezliklər Dövlət Idarəsinin şikayətinə baxaraq, qətnaməni qüvvədə saxladı.

Beləliklə, «AzEvroTel» BM növbəti dəfə Rabitə Nazirliyinə qarşı işi uddu və sübut etdi ki, qanun çərçivəsində işləyir.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM