«
rus eng az






 
Yanvar, 23, 2002
Əldə edilən nailiyyətlərlə kifayətlənməmək.

Həmsöhbətimiz Azərbaycan-Britaniya birgə muəssisəsi AzEuroTel-in baş directoru cənab Nuru Əhmədovdur.
-Menecment muəssisənin effektli işinin əsas aspektlərindən biridir. Onun muvəfəgiyyətinin tərkib hissəsi olmağı hagginda nə deyə bilərsiniz?
-Bəli, siz haglısınız,səmərəli idarəetmədən cox şey asılıdır. Kollektivdə yüksək ixtisaslı mutəxəssisləri yığmagla yanaşı, mənfi nəticə də əldə etmək olar. Yaxşı nəticə işcilərin fəaliyyətinin koordinasiyası və istigamətləndirilməsindən asılıdır. Menecment əsasən muəyyən nəzəri biliklərə əsaslanan təcrübədir. Mən uzun müddət bir gayda kimi inzibati-hakim idarəetmə üsullarından istifadə edən müxtəlif dovlət vəzifələrində işləmişəm.O vaxtın həyat tərzi belə idi. Ən'ənəvi olarag, belə idarəetmə üsulu zamanı işçilər uğursuzlug nəticəsində cəzalandırılmalarından gorxarag, öz üzərinə məsuliyyət götürmürdülər. Indi isə mən beş ildən artıgdır ki, respublikada iri telekommunikasiya müəssisələrindən birinə rəhbərlik edirəm. Bazar şəraitində iş rəhbərdən daima öz üzərində işləməyi tələb edir. Xoşbəxtlikdən indi informasiyanın əldə edilməsi üçün böyük və müxtəlif imkanlar var. Bu həm Internet, həm də çap edilmiş məhsullardır. Belə yeni şəraitdə bizim şirkətin ali və orta hissəli menecerləri işçilərimizə müstəqil olarag problemlərin həll edilməsini, öz imkanlarından tam istifadə edərək tutduğu vəzifə səviyyələrində qərar qəbul etməyi və qəbul edilən qərarlara görə məs'uliyyət daşımağı öyrətməyə çalışırlar. Müəssisəmizdə çox savadlı kollektiv yaradılıb və gizlətmirəm ki, bə'zi hallarda öz həmkarlarımdan nə isə öyrənməli oluram. Müəyyən nöqteyi-nəzərdən bu informasiya mübadiləsidir və qarşılıglı anlaşmaya kömək edir. Məni indi, kobud desək, küt bir kollektivə rəhbərlik etməyə qoysan, çətin ki, onun iş səviyyəsini galdıra bilim. Mən təcrübəmdə belə bir təsadüfə rast gəlməmişəm ki, savadlı mütəxəssis belə bir kollektivə rəhbərlik edərkən onu öz səviyyəsinə galdırıb çatdırsın.Əks hallarda daha tez-tez rast gəlmək olar.
-Şirkətin investisiya siyasətinin əsas prinsipləri hansılardır?
- Şübhəsizdir ki, bizim Azərbaycan telekommunikasiyası, xüsusilə "AzEuroTel" şirkəti, xarici investorlar üçün böyük marag doğurur, lakin investisiyaların cəlb edilməsi üçün tez özəlləşdirilmək və kommunikasiya şirkətlərinin işinə qarşı inzibati əngəlləri aradan qaldırmag lazımdır. Bildiyiniz kimi, biz birgə müəssisəyik, bizim 50% Rabitə Nazirliyinə məxsusdur. O isə, təəssüflər olsun ki, bütün bizim təşəbbüsləri kökündən vurur. Təcrübəmizdən bir sadə misal. Yeni il və Novruz bayramı münasibətilə biz öz abunəçilərimizə beynəlxalg danışıglara görə 50% guzəşt təgdim edirik və bunu bu ildə də tətbiq edirik. Bu isə çıxış zənglərinin kəskin sürətdə artırılmasına imkan verir. Yə'ni migdar hesabına bu dövr üzrə biz praktiki olarag itkisiz işləyə bilirik. Beləliklə, biz rəgabət mübarizəsi aparırıg, lakin Rabitə Nazirliyi bunu narazılıgla qarşılayır. Necə olursa olsun, digər MDB olkələrinə nisbətən Azərbaycanın telekommunikası pis inkişaf etmir və kommunkasiyanın gələcək inkişaf üçün prognozlar gənaətbəxşdir. Azərbaycanda zəkalı, savadlı rabitəçilər çoxdur və onlar telekommunikasiyaları ən böyük dünya səviyyəsinə galdırmağa gadirdilər.
-Siz dünyada telekommunikasiyanın inkişafı barəsində nə düşünürsünüz?
-Bu yaxınlarda mən Financial Times qəzetinin təşkil etdiyi Ümümdünya telekommunikasiya konfransında iştirak etmişəm. Bu konfrasda ATA, British Telecom, Deutsche Telecom və başqaları kimi iri dünya operatorları iştirak edirdilər. Forumda eləcə də telekommunikasiya avadanlığının istehsalçı-şirkətlərinin rəhbərləri iştirak edirdilər. Forumda eşitdiklərimdən və müşahidə etdiklərimdən mən bu nəticəyə gələ bilirəm ki, dünya telekommunikasiyalarının son iki il ərzində keçirdiyi krizis keçmişdir. Gələcək infokommunikasiyaların-informasiya texnologiyalarının və kommunikasiyaların ıntegrasiyasının məhsulunun inkişafını, İnternet xidmətlərinin inkişafını,multiservisli rabitə şəbəkələrinin yaradılmasını, yerli, şəhərlərarası və beynəlxalq rabitə xidmətlərinə tariflərin aşağa salınmasını nəzərdə tutur.
-Azərbaycanda bazar islahatlarını necə qiymətləndirirsiniz?
-Mənim fikrimcə, son zamanlar müsbət irəliləyişlər müşahidə olunur. Bu planda ən böyük müvəfəqiyyəti mən İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə əlaqələndirirəm. Beynəlxalq standartlara uyğun, əsas təşkil edən iqtisadi qanunlar qəbul edilmişdir. Lakin hamıya məlumdur ki, qanunun qüvvəsi onun kim tərəfindən və necə icra olunmasından asılıdır. Bununla isə bizim böyük problemlərimiz var. Məsələn, hər hansı bir məmura yaxınlaşıb deyəndə ki, qanunla bu belə olmalıdır, o cavab verir ki, bu qanunu unut, işləmək istəyirsənsə, belə et. Necə deyirlər, no comments. Bizim bütün problemlərimiz də buradan irəli gəlir.
-Azərbaycan dünya iqtisadiyyat sisteminə integrasiyası prosesini nə dərəcədə müvəfəqiyyətli hesab etmək olar?
-Bu sualı hakimiyyətə ünvanlamaq lazımdır. Mən isə bu prosesə yalnız subyectiv qiymət verə bilərəm. Azərbaycan Avropa Şurasına daxil olmuşdur. Bu yaxşıdır, yoxsa pis? Buna cavabı hələlik nə siz bilirsiniz, nə də mən. Ancaq təxminlər var. Bu analitiklərin işidir. Vaxt özü göstərəcək. Gələcək planlar Ümümdünya Ticarət Təşkilatına daxil olmaqdır. Kimə isə bundan yaxşı olacaq, kimə isə pis. Yenə də ÜTT-na daxil olmanın müsbət və mənfi tərəflərini analitiklər hesablayacaq.
-Sizin şirkətinizin siyasətində himayəçilik hansı yeri tutur?
-Çox böyük. Biz bir çox layihələri dəstəkləyirik. Şəhid ailələrinə və Qarabağ müharibəsinin iştirakçılarına kömək edirik və istedadlı uşaqları dəstəkləyirik. Ancaq Siz heç yerdə və heç vaxt "AzEuroTel" BM-nin hər hansı bir tədbirin sponsoru olduğu barəsində mə'lumat görməyəksiniz və eşitməyəksiniz. Öz xeyirxahlıq fəaliyyətini e'lan etməmək bizim himayəçilik siyasətimizin əsas prinsipi budur. Kiminsə köməklik göstərərək bundan gəlir götürməsini mən təhqiredici hesab edirəm.Hər hansı bir əlilə telekameraların qarşısında bu ənamı almaq xoş deyil, lakin o buna məcburdur, çünki bunu etməyə onu həyat vadar edir. İndi də, sizin jurnal vasitəsilə xeyriyyəçilik fəaliyyətimizin konkret işlərindən və həcmindən danışmaq imkanı əldə edərək, mən bundan imtina edəcəyəm. Ancaq bizim dəstəyimizin məhz nəzərdə tutulan insanlar üçün nəticə verdiyini təsdiq edən bir misal gətirəcəyəm. Biz bir neçə il əvvəl Teymur Rəcəbova köməklik göstərməyə başlamışıq. O vaxt onu heç kim tanımırdı. Bu gün o tanınmış şahmatçıdır, dünyanın ən cavan groyssmeysteridir, onun adi Anatoli Karpov, Viktor Korçnoy kimi və başqa tanınmış qroyssmeysterlər ilə yanaşı çəkilir. Bizim xeyriyyəçiliyimizin malliyə aspektinə gəldikdə isə, onlar ancaq vergi müfəttişliyinə mə'lumdur.
-Sizin gələcək planlarınız?
-Əldə edilən nailiyyətlərlə kifayətlənməmək.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM