Iyun, 9, 2000
Bakı şəhəri Telefon Şəbəkəsində «Qovşaq» yaratmaqla ATS-38/39, ATS-32, ATS-94/95, ATS-91, yenidən qurulması və genişləndirilməsi üzrə beynəlxalq Tenderdə iştirak etməsinə də’vət.
1. Azərbaycan Respublikasının «Tender haqqında» qanununa və «Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması haqqında» Əsasnaməyə uyğun olaraq «AzEvroTel» Azərbaycan Böyük-Britaniya Birgə Müəssisəsi Bakı şəhəri Telefon Şəbəkəsində «Qovşaq» yaratmaqla ATS-38/39, ATS-32, ATS-94/95, ATS-91, yenidən qurulması və genişləndirilməsi üzrə açıq Tender keçirir.
2. Tender Proseduru 22 avqust 2000-ci il tarixində saat 11.00-da B. Sərdarov küçəsi-1 ünvanında, «AzEvroTel» BM-nin Konfrans zalında başlayacaq. 3. Iddiaçıların Təklifləri 1 (bir) nüxsə əsli, 3 (üç) nüxsə surəti ikiqat bağlı və möhürlənmiş zərfdə Tender Komissiyası tərəfindən 21 avqust 2000-ci il saat 18.00 qədər Bakı şəhəri, B. Sərdarov küçəsi-1 ünvanında, «AzEvroTel» BM-si ümumi şö’bəsində qəbul edilir. Göstərilən müddətdən sonra daxil olan təkliflər e’tibarsız sayılır və baxılmayacaqdır. 4. Tenderdə iştirak etmək üçün Iddiaçıların qeydiyyatı 8 avqust 2000-ci il saat 18.00-a qədər aparılacaqdır. 5. Iddiaçılar Tender keçirənə aşağıdakı sənədləri təqdim etməlidirlər: 5.1. 5.1 Tenderdə iştirak haqqında müraciət. 5.2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi. 6. Iddiaçı özü haqqında aşağıdakı sənədləri təqdim etməlidir: 6.1. Iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. 6.2. Iddiaçının özü apardığı işlər haqqında mə’lumat. 6.3. Iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə Bank tərəfindən verilmiş arayış. 7. Iddiaçı Tenderdə iştirak haqqı kimi «AzEvroTel» BM-nin aşağıdakı hesabına 7000 (yeddi min) ABŞ dolları məbləğində vəsait köçürməlidir. - Respublika daxilində : VOIN. INN 170013558 SKB «Rabitabank», kod 506399, h/h 36082468012,m/h 93716115 - Qarşılıqlı hesablaşma hesabı-xarici rekvizitlər - valyuta hesabı: «AzEuroTel» ACC 17101041, WITH «RABITABANK» JSKB, BAKU, AZERBAIJAN COR/ACC 04-403-827 WITH BANKERS TRUST COMPANY, NEW-YORK, USA. Iştirak haqqı haqqında sənəd qeydiyyat zamanı təqdim edilə bilər. 8. Iddiaçılar Tenderdə iştirak üçün Şərtlər toplusunu B. Sərdarov küçəsi-1 ünvanında yerləşən «AzEvroTel» BM-nin Texniki Planlaşdırma Şəbəkəsindən ala bilərlər. 9. Iddiaçı Tender Təklifinə, tə’minat müddəti 90 bank günündən az olmamaq şərti ilə Bank tə’minatı verilməlidir. 10. Işin adı: «Bakı şəhəri Telefon şəbəkəsində «Qovşaq» yaratmaqla ATS-38/39, ATS-32, ATS-94/95, ATS-91 yenidən qurulması və genişləndirilməsi». 11. Işin həcmi: - ATS-38/39; - 30 000 nömrə 12630 kanal. - ATS -32 -20 000 nömrə 4050 kanal. - ATS- 94/95- 25 000 nömrə 4140 kanal. - ATS-91-10.000 nömrə 2460 kanal - mövcud SDH şəbəkəsini nəzərə almaqla STM-16-ya keçməsi və dairəvi sahələrin yaradılması-IVR şəbəkəsinin genişləndirilməsi. 12. Tender Keçirən haqqında mə’lumat: «AzEvroTel» Azərbaycan Böyük-Britaniya Birgə Müəssisəsi 1995-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Rabitə Nazirliyi və «LUKoyl Evropa LTD» (Böyük-Britaniya) Neft Şirkəti tərəfindən yaradılmışdır. Hal-hazırda «AzEvroTel» BM-si Bakı şəhərində beynəlxalq standartlara uyğun olaraq bütün növ Telekommunikasiya xədmətlərini həyata keçirən müasir elektron-rəqəm tipli ATS 492/497/437-nin operatorudur. 1998-ci ilin iyun ayında «AzEvroTel» BM-si «Rabitə sahəsi üzrə Regional Birliyinin» RRB (RSS) üzvlüyünə qəbul edilmişdir. 1998-ci ilin sentyabr ayında «AzEvroTel» BM-si «Beynəlxalq Telekommunikasiya Birliyinin» BTB (ITU) üzvlüyünə qəbul edilmişdir. 1998-ci ilin mart ayında Isveçrənin Cenevrə şəhərində «Avropa Ticarət Liderləri Klubunun» keçirilən iclasında «AzEvroTel» BM-si «Ən yaxşı Ticarət Markası» mükafatına layiq görülmüşdür. 1998-ci ilin iyul ayında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində «AzEvroTel» BM-si yüksək keyfiyyətə görə «10-th Golden Amerika» mükafatına layiq görülmüşdür. «AzEvroTel» BM-nin ünvanı: 370001, Bakı şəhəri, B.Sərdarov küçəsi-1 tel: 492-65-00; 492-33-99. Faks: 497-01-01. e-mail: aet@azeurotel.com 13. Işin görülmə yeri: Azərbaycan Respublikası, Bakı şəhəri. 14. Işin yerinə yetirilmə müddəti: Kontrakt qüvvəyə mindikdən sonra 18 ay ərzində. 15. Üstünlük verilən parametrlər: Təkliflərin Tender Şərtlərinə uyğunluğu, avadanlıqların texniki parametrləri, stansiyaların universallığı və ən müasir telekommunikasiya xidmətlərinə malik olması, idarəetmə sistemlərinin keyfiyyətli və e’tibarlı olması, Iddiaçının bu sahədə təcrübəsi və onun istehsalçı olması, işin daha minimal müddətə başa çatdırılması, səmərəli maliyyə təklifi, yerli mütəxəssislərin öyrədilməsi və onlardan maksimum istifadə olunması. 16. Keçiriləcək Tender barədə əlavə mə’lumatları 497-33-99; 492-61-99, 497-25-99 nömrəli telefonlarla və 497-01-01 nömrəli faksla almaq olar (iş günləri saat 09.00-dan 18.00-a qədər). Baş direktor müavini Tender Komissiyasının sədri Safarov R.Z. |