«
rus eng az






 
Avgust, 20, 1999
Azərbaycanda Aztelekomdan sonra ikinci beynəlxalq operatorun meydana gəlməsi.

Azərbaycan Respublikası Iqtisad Məhkəməsi Azərbaycan Respublikası Rabitə Nazirliyinin «AzEuroTel» BM-nə beynəlxalq rabitə xidmətlərinin göstərilməsinə xüsusi icazə (lisenziya) verilməsinə məcbur edən 20 avqust 1999-cu il tarixli məhkəmə qərarından sonra Rabitə Nazirliyinin kasasiya şikayətinə baxıb.

Iqtisad Məhkəməsi Rabitə Nazirliyinin dəlillərini qeyri səriştəli hesab edərək məhkəmənin birinci qərarını qüvvədə saxladı. Bu yeni qərara əsasən Rabitə Nazirliyi 3 gün müddətində «AzEuroTel» Birgə Müəssisəsinə lisenziya verməlidir, bu isə Respublikanın telekommunikasiya məkanında «Aztelekom»dan sonra (milli operator) rabitənin ikinci beynəlxalq operatorunun meydana gəlməsi deməkdir.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM