Sentyabr, 1, 1999
«AzEuroTel» BM-si TELECOM 99+ INTERAKTIVE 99 -da iştirak etməyə də’vət olunmuşdur
«AzEuroTel» BMT-nın yaxşı tanınan agentliklərindən biri olan Beynəlxalq Telekommunikasiya Ittifaqı tərəfindən təşkil olunmuş TELECOM 99+ INTERAKTIVE 99-a də’vət olunmuşdur. TELECOM 99+ INTERAKTIVE 99 telekommunikasiya mənfəətinə köməklik üçün və ITU-nun üzvlərinə xidmət kimi texnologiya təkmilləşdirmələrinin təqdim edilməsi üçün telekommunikasiya avadanlığının sərgiləməsi məqsədilə keçirilən tədbirdir. TELECOM-un birinci tədbiri Cenevrədə 1971-ci ildə keçirilmişdir.
TELECOM hakimiyyət liderlərindən, müdiriyyətlərdən və ali icra hakimiyyətlərindən tutmuş operatorlar, sənae və xidmət tədarükçülərinə qədər, eləcə də istehakçılar və mətbuat üçün unikal və imtiyazlı görüş yerinə çevrilmişir. Bu gün TELECOM- ən vacib ümümdünya telekommunikasiya sərgisi və forumudur. O sənaeni mühüm texnologiya təkmilləşmələrini təqdim etmə imkanı ilə tə’min edir. Ümümdünya telekommunikasiya sərgisi və forumu dörd ildə bir dəfə keçirilir və bununla yanaşı, 1985-ci ildən başlayaraq, TELECOM-un regional tədbirləri Asiya, Afrika və Amerikadada təşkil edilir. 1999-cu ildə TELECOM INTERAKTIVE TELECOM 99 tədbiri ilə birləşir. Bu Cenevrədə (PALEXPO) sentyabrın 10-da açılacaq 8-ci WORLD TELECOM və 2-ci TELECOM INTERAKTIVE sərgisidir. Konfrans və sərgi mərkəzi PALEXPO 1983-cü ildən başlayaraq Ümümdünya TELECOM tədbirləri üçün görüş yeri idi. TELECOM 99+ INTERAKTIVE 99 PALEXPO-da bütün açıq sahəni, bağlar daxil olmaqla, istifadə edir. Mətbuat-mərkəz, dörd Mətbuat-konfrans otağı, televiziya studiyası, restoran və sərgi zalından (Zal 8) ibarət olan sahə, şübhəsiz ki, çoxlu qonaq və ümümdünya mətbuatını cəlb edəcəkdir. Şəbəkəyə tam müvafiq şəkildə təchiz edilən mərkəz sərgi iştirakçılarının və qonaqların öyrəşdiyi bütün rahatlığı tə’min edir. Bütünlüklə sərgi, çoxmərtəbəli stendlərdə əlavə mərtəbələri çıxmaqla, bağlı sahənin 65,000 m2 -ni əhatə edir. TELECOM 99+ INTERAKTIVE 99 özündə həm telekommunikasiya həm də hesablama sahələrini birləşdirən hər bir iştirakçının adını təqdim edəcəkdir. Iştirakçılar TELECOM 99+ INTERAKTIVE 99 -da sabahkı və bugünki dünyanın qarşısına çıxan labüd problemi təsvir etmək üçün iştirak edəcəklər.
|