Mart, 22, 2000
«AzEuroTel» BM-si yerində durmur.
23 oktyabr 1998-ci ildə «Teleport-TP» (Moskva) bağlı səhmdar cəmiyyəti və «AzEuroTel» birgə müəssisəsi telefon rabitəsi və Internet xidmətlərinin təqdim edilməsinə dair razılıq imzalamışdırlar. Razılığa müvafiq olaraq, 12 noyabr 1999-cu ildə ötürmə, IDR və bərkidilməmiş kanallar rejimində işləyən, INTELSAT sisteminin F2 standartlı (7 metr diametrli antena ilə) peyk rabitəsinin yerüstü stansiyası istismara verilmişdir. Hal-hazırda bu stansiyanın üzərindən «AzEuroTel», «Teleport» və «Rostelekom» arasında ötürmə sürəti 2 Mbit/s, n* 64 kbit/s və 32 kbit/s olan rəqəmli telefon axını təşkil edilmişdir. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu genişləndirmənin addımlarından biri yaxın vaxtda nəzərdə tutulmuş «AzEuroTel» üçün mə’lumat ötürmə kanallarının təşkili olacaqdır. «Teleport-TP» BSC-nin baş direktoru Konstantin Müstəfidinin dediyinə görə, «Bakı şəhərində F2 standartlı peyk rabitəsinin yerüstü stansiyasına dair razılığın imzalanması və onun istismara verilməsi bu regionda nəinki təqdim edilən telekommunikasiya xidmətlərinin spektrini genişləndirmək və onların keyfiyyətini yaxşılaşdırmaq, hətta Azərbaycanın telekommunikasiya məkanını Rusiya və MDB-nin başqa ölkələrinin telekommunikasiya məkanları ilə birləşdirmək imkanı verir.» «AzEuroTel» BM-nin baş direktoru Nuru Əhmədov demişdir: «Bu razılığı imazalayarkən bizim əsas məqsədimiz - «Teleport-TP» kimi iri operator ilə partnyorluqda Rusiya və MDB-nin başqa ölkələri ilə sabit, yüksək keyfiyyətli rabitə kanallarının yaradılmasıdır.» Kommutasiya məkanının genişləndirilməsi və Azərbaycanın dünya informasiya bazarına çıxmasının bir neçə alternativ yolunun yaraldılması potensial investorların Azərbaycan ilə işgüzar əlaqələrinin yaradılmasına, eləcə də MDB ölkələrində yaşayan bizim həmvətənlərimizlə telefon və faksmil rabitəsinin yaxşılaşdırılmasına imkan yaradacaqdır.
|