Dekabr, 15, 2000
ITU TELECOM ASIA 2000
4-9 dekabr 2000-ci il tarixində Honkonq şəhərində (ÇXR) telekommunikasiya aləmində əlamətdar hadisə baş verib-ITU-nun TELECOM 2000 ümümdünya sərgisi keçirilib. Bu hadisə Honqonkun ən müasir sərgi kompleksinin qubbəsi altında dünyanın 77 ölkələrinin nümayəndələrini toplayıb. 486 telekommunikasiya şirkətlərinin stendlərinə 50.000 çox adam baş çəkib.
Beynəlxalq biznes və maliyyə mərkəzi və ə’la telekommunikasiya infrastrukturuna malik olan şəhərdə telekommunikasiya sanaesinin gələcək yollarını təşkil edən problemlərini müzakirə etmək üçün telekommunikasiya sahəsinin beynəlxalq və regional liderləri toplaşıb. Sərgiyə «AzEvroTel» BM mə’lumat texnologiyalarının mərkəzi, peyk terminallarının və radiosistemlərin xidməti, stansiya xidməti kimi şö’bələrini təmsil edən aparıcı və gənc mütəxəssislərdən ibarət 11 nəfərlik nümayəndə hey’əti də baş çəkib. Azərbaycanda ilk dəfə olaraq yalnız «AzEvroTel» BM rəhbərliyi, hesab edərək ki, iştirakı onların dünya görüşünü genişləndirir və dünya telekommunikasiya mühitinə qoşulmasına imkan verir, belə geniş foruma gənc mühəndisləri göndərib. Nümayəndə hey’əti Lucent Technologies, Simens, Huawel Technologies, Nortel, Ericsson, Alcatel və digər şirkətlərin müxtəlif prezentasiyalarında iştirak edib.
|