Noyabr, 15, 2000
15.11.2000 il tarixində «Finansial Times» qazetində dərc olunan «AzEvroTel» BM baş direktorunun məqaləsi.
«AzEvroTel» BM Baş direktoru cənab Nuru Əhmədov, Azərbaycan, hesab edir ki «Səsin və mə’lumatların eyniləşdirilməsi həm şəbəkələrin strukturunu, həm də göstərilən xidmətlərin strukturunu qlobal şəkildə dəyişəcək. Qəti israr etmək olar ki, gələcək-bu texnologiyanındır».
Telekommunikasiya bu gun dünya iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Bu sahədə Azərbaycanın potensialı çox yüksəkdir. Respublika iqtisadiyyatının sahələri qeyri proporsional inkişaf etməsinə və daha çox xam neftin hasil edib ixracatına istiqamətləndirilməsinə baxmayaraq, Azərbaycan ərazisində hərbi əməliyyatların və bazar islahatlarının ilk addımları ilə bağlı bir neçə il ərzində davam edilən iqtisadiyatın səviyyəsinin əksilməsinə baxmayaraq, ölkənin iqtisadiyyatında bə’zi müsbət tendensiyalar əmələ kəlib. Telekommunikasiya xidmətləri sahəsinin əhəmiyyətli dərəcədə inkişafı üçün Azərbaycan çox böyük potensiala malikdir. Bu, qismən Azərbaycana xarici investisiyaların axını və təmərgüzü ilə bağlı neft istehsalatı sahəsinin və qalan çoxsaylı sahələrin keyfiyyətli və sabit rabitə ilə tə’min edilməsi ilə bağlıdır. 1995-ci ildə yaradılan Azərbaycan-Britaniya Birgə Müəssisəsi «AzEvroTel»-in məqsədi sadəcə olaraq müxtəlif şirkətlərin peşə fəaliyyətlərinə texnoloji kömək edilməsindən başqa, öz partnyorlarına işgüzar ünsiyyət üçün rahat mühit in yaradılmasıdır. «Marconi Communications» Britaniya şirkətinin istehsalı olan «SYSTEM-X» texnologiyası əsasında yaradılan müasir rəqəmli elektron ATS-in operatoru «AzEvroTel» BM Azərbaycanda beynəlxalq standartlara uyğun telekommunikasiya xidmətlərini həyata keçirir. «AzEvroTel» BM operator kimi lokal telefon şəbəkəsinin şəhərlərarası və beynəlxalq rabitəsinin kompleks xidmətlərini Nokia Actionet çoxməqsədli trank rabitəsini, DECT standartlı naqilsiz rabitəsinin xidmətlərini, ISDN- xidmətlərinin birləşməsi ilə rəqəmli şəbəkənin xidmətlərini, Internetə daxil olma xidmətlərini reallaşdırır, korporativ telekommunikasiya infrastrukturlarının yaradılması üçün ayrılmış kanalların təşkilini və inzibatçılığını həyata keçirir. Öz yerüstü stansiyasına malik olan «AzEvroTel» BM həm Azərbaycan üzrə, həm də yaxın və uzaq xarici ölkələrlə beynəlxalq və şəhərlərarası rabitəsini təşkil edərək, «Rostelekom» ASC, «Teleport-TP» BSC, «Tele Ross» kimi güclü şirkətlərlə və digər xarici operatorlarla işləyir. «AzEvroTel» BM xidmətlərindən yalnız ümumi istifadəli telefonların abunəçiləri yox, hətta transmilli neft şirkətləri- AMOKO, Penzoyl, Statoyl, LUKoly, BP, AIOC Neft Konsorsiumu, səfirliklər və banklar istifadə edirlər. Digər telekommunikasiya şirkətləri ilə müqaisədə «AzEvroTel» BM-nin başlıca üstünlüyü rəqəmli şəbəkəsinin əsasında göstərilən xidmətlərin yüksək keyfiyyətindədir. Bakı şəhərində öz SDH nəqliyyat şəbəkəsinə malik olan «AzEvroTel» BM müştərilərin uzaq ofisləri arasında yüksək sabit birləşmələri təşkil edir, həmçinin dünyanın istənilən nöqtəsində X.25 şəbəkəsinə birləşdirilən hər hansı komersiya informasiya mənbələrinə telekommunikasiya daxil olmasını həyata keçirir (S.W.I.F.T., REUTERS, DOW JONES TELERATE, BLUMBERG, COMPU SERVE və d.) X.2.5. Frame Reley, TCP/IP, SNA protokolarla mə’lumatların ötürülməsini tə’min edir. «AzEvroTel» BM-nin müvəffəqiyyətli inkişaf etməsinə Marconi Communication, Lucent Technologies, Cable & Wireless, ALKATEL, NOKIA, SIEMENS və digər məşhur xarici şirkətlərlə sıx partnyor münasibətləri kömək edir. Cənab N.Əhmədov zənn etdiyinə, görə «AzEvroTel» BM-ni digər operatorlardan fərqləndirən ən mühüm amil ondan ibarətdir ki, şirkətin yaradılmasında birinci növbədə, maliyyə məsələlərinə üstünlük verilmişdir. Başqa sözlə, hər hansı layihənin reallaşması yalnız xidmətlərin tələb olması və onların kifayət qədər tez xərclərinin çıxması ilə şərtləndirilir. «Biz bazara real baxmağa çalışırıq, - «AzEvroTel» BM-nin baş direktoru deyir,- və son dərəcədə ən’ənəvi, yaxud son dərəcədə avanqard üsullardan çəkinmirik. Biz, hər zaman birinci növbədə milli şəbəkə infrastrukturunun xüsusiyyətlərinə istiqamətlənən bir kompromiss axtarırıq. Və biz rəqiblərimizdən bir və yaxud iki addım irəlidə olmağımıza imkan verən dərrakəli mövqe tuturuq. Şirkətimiz hansı istiqamətdə inkişaf edəcək? Bu,- əsasən daha artıq səmərələşdirici texnoloji həllərin, servisin daha yüksək keyfiyyətinin və kadrların peşəkarlığının hesabına işlədiyimiz bazarın ən böyük hissəsini əhatə etməkdir. Bəli, biz biznesimizin sahəsini genişləndirməyə çalışırıq, lakin bu gün xidmətlərin texnoloji satılması ilə kifayətlənmək olmur, bu xidmətlər hansısa yeni bir məzmunla doldurulmalıdır. Buna görə də, biz əlavə informasiya qoşmaları işləyib hazırlayırıq və onların göməyi ilə mə’lumatlarla işləməyə, onların satılmasına, informasiya mühitində biznesin həyata keçirilməsinə imkan yaranacaq. O ki qaldı «AzEvroTel» şirkətində işləyənlərlərə və onun məhiyyətini təşkil edən adamlara, onlar haqqında danışaraq deməliyik ki, onlar şirkətin ümdə sərvətidir. «We valul in people» - bu fəlsəfə deyil, şirkətin mədəniyyətidir. Yüksəkixtisaslı mütəxxəsis komandasına malik olaraq, biz hər il onların ixtisaslarını artırıq. Belə ki, mütəxəsisslərimizin 40% Böyük Britaniyada, Ispaniyada, Rusiyada, Almaniyada, Türkiyədə və digər ölkələrdə yenidən tə’lim alıblar.» Hal hazırda «AzEvroTel» telekommunikasiya şirkəti Respublikada birgə müəssisələrdən birinci olaraq ömrünün qısa bir müddətində böyük müvəffəqiyyətlər əldə edib. Axırıncı üç ildə şirkət iki nüfuzlu mükafatlara «Award for the best trade name»-Cenevrədə, «10-th Golden America Award for quality»- Nyu-Yorkda, həmçinin Madriddə «Golden Prize for the best trade name- New Millenium Award» prizinə nail olub. Sentyabr 1998-ci il tarixindən «AzEvroTel» BM Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) üzvüdür.
|