May, 8, 2000
«AzEuroTel» BM yenə qalib gəldi
Ticarət Liderləri Klubunun 11 ölkədən 14.000 nəfər üzvu arasında keçirilən sorğu nəticəsində yüksək imicinə və göstərilən xidmətlərin keyfiyyətinə görə «AzEuroTel» BM-nə «Ən yaxşı ticarət markası» prizi verilmişdi. Prizin verilməsi 8 may 2000-ci il tarixində Madriddə baş verib. Bu prizin 25 il yubileyinə və hadisənin yeni minilliyin başlanmasına təsədüf etdiyinə görə bu il həmin priz ilk dəfə və müstəsna olaraq «Ən yaxşı Ticarət Markasına görə Qızıl Priz-Yeni Minilliyin Prizi» adını alıb. Bu isə ona eksklyuziv xüsusiyyətini verir. «Ticarət Liderləri Klubunun» prezidenti cənab Arsenio Rodriqes həmin prizi 8 may tarixində Madridin «Melia-Kastilya» otelində təntənəli mərasimdə «AzEuroTel» BM baş direktor müavini Rizvan Səfərova təqdim edib. Prizlərin verilməsi diplomatik korpusun nümayəndələrinin, rəsmi şəxslərin və qırx ölkənin şirkətlərinin və müəssisələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Həmçinin mükafatlandırılan şirkətlərin prezentasiyasında onlar üçün tanış olmalarına və kommersiya əlaqələrinə imkan yaradan işguzar görüş təşkil edilmişdi.
|