|
Nuru Əhmədov: "Lif-optik – istifadə olunmayan xoşbəxtlik"
- Hazırki sərgi 10-cu və yubiley sərgisidir. Sizin bu tədbirə münasibətiniz.
- «AzEuroTel» sərgidə artıq bir neçə il bir-birinin ardınca iştirak edir. Belə düşünürəm ki, bu cür tədbirlər informasiya mübadiləsinin çox mühüm formasıdır. Bu sərgidə şirkət yeniliklərinin nümayişindən başqa bu yeniliklərin effektivliyini də sınaqdan çıxarmaq olar.
Bundan başqa «AzEvroTel» Zaqafkaziya ölkələri arasında yegənə şirkətdir ki, iki dəfə 1999 və 2003-cü illərdə Cenevrədə keçirilən Ümumdünya telekommunikasiya sərgisində və Hanoverdə hər il keçirilən sərgilərdə iştirak edib.
Hər dəfə bu cür iri sərgilərdən sonra şirkətdə yeni ideyalar yaranır, texnologiyalar və onların tətbiqinə yeni baxışlar formalaşır.
Beləki, sərginin mövcudluğu bütövlükdə ölkə üçün və ayrılıqda telekommunikasiya sektoru üçün böyük üstünlükdür.
- Son mil problemi dünyanın bir çox telekommunikasiya operatorlarına yetərincə tanış olan problemdir. «AzEvroTel» bu problemi necə həll edir?
-Bu problem bizdə, Azərbaycanda mövcuddur, dünyada isə bu problem demək olar ki yoxdur. Fərz edək ki, sizə son mil lazımdır, və yerüstü operatorların və ya radiooperatorların heç birinin bunu sizə vermək imkanı yoxdursa, uyğunlaşma alaraq siz optik və ya başqa kabeli çəkməklə özünüzə lazım olan imkanı yarada bilərsiniz.
Bizdə isə əvvəlki tək hər şey monopoliyalar tərəfindən kontrol edilir, və seçim hüququ məhs onlarındır.
Prinsip etibari ilə bu sahənin yeni rəhbərliyi daha liberal siyasət aparır. Hal-hazırda şəhərdə bir neçə optik şəbəkələr yaradılır, həmçinin bizim şirkət tərəfindən də. Artıq iki-üç aydan sonra biz bir neçə istiqamətlərdə optik çıxışlar alacağıq.
Bütün dünyada hökümətlər yalnız maqistral və ya tranzit kanallar tikirlər. Ölkənin qalan şəbəkələrini «AzEvroTel» kimi operatorlar tikir.
- «AzEvroTel» BM-nin bir çox fəaliyyət istiqamətləri var, şirkət tam spektr telekommunikasiya xidmətləri göstərir. Bu sizə bir istiqaməti inkişaf etdirməkdə yardım edir və ya mane olur?
-Texnoloji geriləmə hər hansı bir şirkət üçün məhvedicidir. Gec və ya tez həmin şirkətin müflisləşməsinə gətirir.
Biz ən yeni texnologiyaları alırıq. Xidmətlrin inteqrasiyası sualı ortaya çıxır. Biz-telefon operatoruyuq, siz-müştəri. Sizə İnternet, avtomobildə telefon və bağ evinizdə rabitə lazmdır. Biz bunların hamısını sizə eyni zamanda təklif edirik.
Bundan əlavə bütün bu xidmətlərin inteqrasiyası bir server bazasındadır-bu da çox böyük qənaətdir. Lap əvvəl hələ 10 il bundan öncə biz sadəcə 492/497/437 telefon stansiyasını deyil, infokommunikasiya qovşağını nəzərdə tutmuşduq. Biz bütün bu illər də onu yaradırıq.
- Demək olar ki, «AzEvroTel» Azərbaycanda real şəkildə İP-telefoniyanı həyata keçirən yeganə operatordu. Ölkəmizdə bu texnologiya hansı mərhələdədir və onun inkişf perspektivlərini necə qiymətləndirirsiniz?
-İP-telefoniya əsrini üç hissəyə bölmək lazmdır.
Birinci mərhlə – İP-telefoniyanın ənənəvi telefon rabitəsindən əhəmiyyətli dərəcədə geri qaldığı, və danışığın kəsilməsi və təhrifi kimi bir çox texniki nasazlıqların mövcud olduğu dövr.
İkinci mərhələ səsin kodlaşdırılmasının yaxşılaşdırılması və itmiş paketlərin bərpasının danışığın abonentlər tərəfindən daha yüngül anlaşılmasına imkan yaratdığı andan başlayır.
Nəhayət üçüncü mərhlə – bu keçirmə zolağının rezervasiyasına imkan yaradan Reservation Protocol (RSVP) kimi yeni texnologiyalardır. Bu İnternet axınında yetərincə sabit zolağın ayrılmasıdır. Bu mərhələdən başlayaraq İP-telefoniya sabit telefon rabitəsi olmağa başladı.
Əgər xatırlayırsınızsa keçmiş nazir guya keyfiyyətinin pis olması səbəbi ilə bu texnologiyanın istifadəsini qadağan etmişdir. Bu ilkin mərhələ idi. Biz artıq bütün bu mərhələləri keçmişik.
Keçən sərgidə biz keyfiyyəti adi telefon rabitəsindən fərqlənməyən İP-telefoniyanı nümiyiş etdirmişdik. Bu gün «AzEvroTel»in beynəlxalq trafiklərinin böyük bir qismi İP-telefoniyadan keçir. Bizim gələcək stansiyalarımız İP-telefoniya bazasında yaradılır, eyni zamanda lokal şəbəkələr də İP-telefoniya əsasında işləyəcəklər.
- İP-telefoniya bazarı Azərbaycanda nə dərəcədə rəqabətqabiliyyətlidir?
-Bazarda yalnız AzEvroTel və inhisarçı Aztelekom kimi iki operatorun mövcud olduğu halda bunu demək çox çətindir.
Mən düşünürəm ki, biz sonda operatorlara İP-telefoniya ilə məşğul olmaq imkanını vermək qərarına gələcəyik. Bu məqsədlərlə bu çür xidmətlərin göstərilməsinin həm hökümətə həm də operatora sərfəli olması üçün şərait yaratmaq lazımdır.
- Bu gün regionların inkişafı haqqında çox danışılır. Sizcə şirkətlərin regionlara real çıxış imkanı varmı?
-Əvvəla biz hələ yeddi il öncə «AzEvroTel»ın beş illik inkişaf planında şəhərdə 100 min telefon nömrəsinin quraşdırılacağı və ölkə rayonlarnda 150 mindən az olmayaraq quraşdırılmasının planlaşdırılacağı qeyd olunmuşdur. Regionlarda planlarımızı həyata keçirməyə bizə imkan vermədilər.
Respublikanın rayonlarına çıxmaq üçün bizə və eləcə də hər hansı bir operatora hgkümətin köməyi lazımdır. Əgər Bakı şəhərində bizim xidmətlər gəlirlidirsə, rayonlarda hələ yaxın 20 il xərclərimizin çıxarılma qabiliyyətinin olmayacağı aydındır.
Optikaya olan mövcud tariflər bizə məsələn Gəncəyə kanallar almağa hələ imkan vermir. Əgər belə bir imkan yaransaydı ki, hökümət bizə knalları pulsuz versin, o zaman AzEvroTel belə bir şəhəri demək olar ki tam təmin edə bilər və onun infrastrukturunu formalaşdıra bilərdi.
Hələki hökümət bu işdə maraqlı deyil.
Biz regionlarda işləməyə hazır olduğumuzu yazırdıq, lakin bizi görmürdülər, bundan əlavə keçmiş nazir regionlarda işləməyimizə mane olurdu.
Yeni nazir daha proqressivdir, xarici aləmlə daha çox əlaqəsi var və buna görə də o texnologiyanın və rabitənin hazırki inkişaf sürətini nəzərə alaraq, inhisarçılığın saxlanmasının mümkün olmadığını anlayır. Bu inhisarı hökümətin xeyrinə baha satmaq daha da yaxşı olardı.
- Belə çıxır ki, artıq nə isə dəyişilməyə başlayır?
-Əlbəttə, lokal şəbəkənin yaradılmasına icazə verilib, indi isə regionlara çıxış məsələsi həll olunur.
- Sizcə Azərbaycanda telekommunikasiyalar necə inkişaf etməlidirr?
-Hal hazrda telekommunikasiyaların əsasını məlumatları ötürən yüksək surətli kanallar təşkil edir. Bizim ölkədə TAE lif-optik maqistral salınıb-və bu böyük bir xoşbəxtlikdir. O artıq beş ildir ki salınıb, lakin heç kimə eləcə də hökümətə də heç bir xeyir vermir.
Hökümət bütün maraqlı olan strukturlara bu varlığa yol açdığı zaman hər şey dəyişiləcək. Magistral kanalları şirkətlərə pulsuz verin, ATS-in quraşdırılmasını və istismarını biz özümüz təşkil edərik.
Məncə hökümət öz vəsaitlərini ATS-lərin tikilməsinə sərf etməməlidir. Bu pullar elm və təhsilə istifadə edilsə daha yaxşı olar.
- Siz rabitə xidmətlərinə olan tariflərin bu yaxınlarda aşağı salınmasına necə baxırsınız?
-Rabitə tarifləri rabitəçilərə verilsə daha yaxşı olar. Bu tariflərlə işləyən insanlar nəyi və necə etməyi daha yaxşı bilərlər.
Razılaşın ki, bizdə İnternet ancaq Bakı şəhərində inkişaf edib. Bir provayder kimi biz Gəncə şəhərinə də İnternet çəkmək istərdik. Hər 50 km biz 900 000 min manat ödəməliyik, və siqnallar Cənjəyə çatana qədər bu bizə keçmiş Rabitə Nazirliyinin rəhbərliyinin təklif etdiyi məbləğə başa gəlir. Sadəcə 2 meqabitlik kanal yaradırıq, artıq o da zrərlidir. İnternet üçün də ödəmələr lazımdır, bütün bunlar isə puldur. Belə çıxır ki, Cəncəyə çatana qədər bu bizə əhəmiyyətli bir məbləğə başa gələcək.
Bu məbləğə çıxmaq üçün nə qədər abunəçi lazımdır? Məgər Gəncədə bu qədər abunəçi ola bilər?
Belə çıxır ki, bizdə həm pul qazanmaq istəyirlər, həm də regionları inkişaf etdirmək. Təkrarlanmaq istərdim, əgər şirkət regionlara çıxmaq istəyirsə, hökümət ona bu işdə yardım etməli, onu hər-hansı imtiyazlarla təmin etməlidir. Hökümət TAE-ni elə məhz regionları inkişaf etdirmək üçün tikmişdir.
- Hal hazırda AzEvroTel hansısa regionda işləyirmi?
- Çox zəif. İnterneti ançaq Gəncə və Mingəçevirə veririk.
- VSAT terminallarının istismarına artıq icazə verilib, sizin buna münasibətiniz?
- VSAT artıq dünənki gündür. Yerin altında optikanı saxlamaq və «Gedin özünüzə bütün Respublika üzrə VSAT yaradın demək» artıq dünənki gündür. Bu gün informasiya axınları üçün əsas nəqliyyat optika olmalıdır.
- Ancaq hələ ki, ölkədə məlumatların otürülməsində bu əsas növdür?
- Bəli, bu gün elədir.
- AzEvroTel şirkəti öz fəaliyyətində ilk növbədə kimlərə yönəlib: korporativ müştərilərə və ya şəxsi istifadəçilərə?
- Əgər İnternet xidmətlərindən danışsaq, əlbəttə ki korporativ bazar, lakin adi istifadəçiləri də yaddan çıxarmaq olmaz. Onlar çoxdur.
- Bəli onlar daha az gəlir gətirirlər, bəzən hətta zərər də verirlər, lakin bu onların günahı deyil, bu bizim günahımızdır. İlk dəfə Azərbaycanda İnternet yarandıqda bir çoxları ağılsızcasına qiymətləri ednirirdilər, və nəticədə biz gülünc qiymətlər əldə etmişik.
Bu qiymətləri qaldırmaq mümkün deyil, onları ancan aşağı salmaq lazımdır. Yeni xidmət səviyyəsinə çıxmaq lazımdır. Bu isə optik-lif geniş yayıldıqda mümkün olacaq.
- Bazarın inkişafında sərmayə potensialını necə qiymətləndirirsiniz? AzEvroTel nə zaman özəlləşdiriləcək?
-Sərmayə şübhəsiz ki lazımdır. Bununla bərabər ölkədə daxili sərmayələrin həyata keçirilməsi imkanlarının yaranması faktını qeyd etməmək olmaz.
AzEvroTel-ın özəlləşdirilməsinə gəldikdə isə bu ilin sonuna qədər onu bitirəcəyimizə inanırıq.
- Keçən sərgidən bir il keçib. Bu müddət sektorun inkişafı üçün çox əhəmiyyətli olmuşdur. Keçən il yadda qalan nə olmuşdur?
- İl həqiqətən hadisələrlə zəngin idi. Ən çox yadda qalan Cenevrədə keçirilən və telekommunikasiyaların inkişafına təkan verən infokommunikasiya texnologiyaları üzrə Ümumdünya Sammiti olmuşdur.
Bu Sammitdə Prezidentimiz İlham Əliev çox gözəl çıxış etmişdir. Onun məruzəsində ölkədə telekommunikasiyaların necə inkişaf etdirilməsi aydın göstərilmişdir. Bundan artıq heç nə demək və etmək olmaz.
29 sentyabr 2004 il.
BAKUTEL news.
|