«
rus eng az




Lif-optik – istifadə olunmayan xoşbəxtlik
Telekommunikasiya bazarı inqilab dövrünü yaşayır


 
Telekommunikasiya bazarı inqilab dövrünü yaşayır





    “Consulting & Business” jurnalı, 05 (84), 2004

«AzEuroTel» Azərbaycan -Britaniya birgə müəssisəsi 1995-ci ildə Azərbaycan Respublikasının Rabitə Nazirliyi və «LUKoyl Avropa Ltd» (Böyük Britaniya) şirkəti tərəfindən yaradılmışdır.
«AzEuroTel» müasir rəqəmli 492/497/437 saylı ATS-nın operatorudur və Azərbaycanın aparıcı İnternet-Provayderlərindən biridir.
«AzEuroTel»-in partnyorları: «Teleport-TP» Bağlı Səhmdar Cəmiyyəti, «Rostelekom» Açıq Səhmdar Cəmiyyəti, «Golden Telecom», Marconi Communications, CISCO Systems, Cable & Wireless, ECI Telecom, Newbridge Networks.
Azərbaycan bazarında 9 il fəaliyyət ərzində «AzEuroTel» BM-si telekommunikasiya xidmətləri sektorunun inkişafında aparıcı rollardan birini tutmuşdur. Şirkət Azərbaycanda rəqəmli ATS, IP-telefoniya, trank rabitəsi və İnternet xidmətlərini tətbiq edən ilk şirkətlərdən biridir.
Onun əldə etdiyi nailiyyətlər yüksək keyfiyyət göstəricisidir.
Fəaliyyət dövrü ərzində «AzEuroTel» BM-si bir sıra mükafatlarla təltif olunmuşdur, bunların arasında Avropa Ticarət Liderləri Klubunun -«Euro Market 2003» mükafatını qeyd etmək olar.
1998-ci ildə «AzEuroTel» BM-si eyni vaxtda iki mükafata layiq görülmüşdür. Göstərilən xidmətlərin yüksək keyfiyyətinə və nüfuzuna görə «AzEuroTel» şirkəti «Ən yaxşı ticarət adı» və «Amerikanın keyfiyyətə görə 10-cu Qızıl mükafatı» prizlərinə layiq görülmüşdür.
2000-ci ildə «AzEuroTel» BM-si yenidən «Ən yaxşı ticarət markasına görə» prizlə mükafatlandırılmışdır. Prizin 25-illik yubileyi və bu tarixin yeni miniliyyə təsadüf etməsi münasibətilə, istisna hal olaraq, bu priz «Ən yaxşı ticarət markasına görə qızıl priz-Yeni Minilliyin Prizi» adını almışdır.
«AzEuroTel» BM-nin belə əhəmiyyətli mükafatlara layiq görülməsi azərbaycan şirkətlərinin avropa bazarında nüfüzunun artmasına səbəb olmuşdur.
AzEuroTel BM-si hər il Azərbaycanı beynəlxalq telekommunikasiya konfranslarında və ən yüksək səviyyəli sərgilərdə layiqincə təmsil edir.
AzEuroTel BM-nin yaxın və gələcək planları barədə bizə şirkətin Baş direktoru Nuru Əhmədov söhbər açdı:

AzEuroTel BM-si fəaliyyət dövrü ərzində Azərbaycanın telekommunikasiya xidmətləri bazarında öz planlarını reallaşdıra bilibmi?

Təəssüf ki, planlaşdırdığımız bütün layihələri həyata keçirə bilməmişik. Buna keçmiş Rabitə Nazirliyinin rəhbərliyinin yaratdığı süni əngəllər mane olurdu.

İlk öncə AzEuroTel BM-si paytaxtımızda köhnəlmiş ATS-nın yenidən qurulmasının həyata keçirilməsini planlaşdırmışdır, lakin yuxarıda qeyd etdiyiniz maneələr səbəbindən bu işlər yerinə yetirilməmişdir. AzEuroTel BM-si bu planları yaxın gələcəkdə reallaşdırmaq niyyətindədir yoxsa bu planlar öz aktuallığını itirmişdir?

Yenidənqurma üzrə planları biz yaxın gələcəkdə həyata keçirmək niyyətindəyik, lakin, bizim günahımız olmadan, 32 və 91 saylı ATS-rı artıq bu siyahıdan çıxarılmışlar.

AzEuroTel BM-si respublikanın regionlarında stasionar rabitə xidmətlərinin təqdim olunmasını nəzərdə tuturmu?

Əlbəttə. Hal-hazırda işlərin başlayacağı rayonun seçimi məsələsinə baxılır.

«AzEuroTel» azərbaycan banklarının SWIFT sisteminə qoşulması layihəsində provayderlərdən biridir. Bu layihənin həyata keçirilməsi hansı mərhələdədir və hansı banklar hal-hazırda artıq bu sistemə qoşulublar?

SWIFT sisteminin bir sıra sistem dəyişiklikləri ilə əlaqədar olaraq yenidənqurma və qoşulma işləri 2004-cü ilin ortalarına başa çatacaqdır. Bu günə Azərbaycanın demək olar ki bütün bankları bu sistemə «AzEuroTel» BM-nin texniki imkanlarından istifadə etməklə qoşulublar.

ATS 492/497/437-nin abunəçilərinə əvvəlcədən ödənilən kartlar vasitəsilə təqdim olunan IP-telefoniya xidmətləri bu gün nə dərəcədə aktualdır və bu xidmətdən istifadə edənlərin sayı nə qədərdir?

IP-telefoniya xidmətləri çox böyük populyarlıq qazanıblar, xüsusən də əhalinin az təminatlı təbəqələri, təqaüdçülər, tələbələr, evdar qadınlar arasında, çünki bu xidmətə tariflər ənənəvi telefoniyaya olan qiymətlərdən əhəmiyyətli dərəcədə aşağıdır. Bu xidmətlər «AzEuroTel» BM-nin korporativ müştəriləri arasında da müvəffəqiyyətlə istifadə olunur, belə ki onlar fəaliyyətləri ilə bağlı çoxlu sayda telefon danışıqları aparırlar. Bizim IP-telefoniya xidmətlərimizdən yalnız ATS-492/497/437 abunəçiləri istifadə edə bilərlər.

BM şəhərin mərkəzində IP-taksofonlarını quraşdırmağı nəzərdə tuturdu, buna nə mane oldu?

Bəli, biz həqiqətən də Bakıda IP-taksofonlarını quraşdırmağı planlaşdırırdıq. «BakuTel 2003» sərgisi zamanı stendimizdə bu taksofonlar quraşdırılmışdır və onlardan sərgi iştirakçıları istifadə edirdilər. Lakin, bizim planlarımızın həyata keçirilməsinə Rabitə Nazirliyinin keçmiş rəhbərliyinin uzaqgörməyən mövqeyi mane oldu, və bu da yuxarıda qeyd etdiyim kimi, bu xidmət növünün Azərbaycan bazarında inkişaf etməsinə maneçilik törədirdi.

«AzEuroTel» BM-si İnternet sahəsində yeni xidmətlərin tətbiqini planlaşdırırmı?

Bir çox operatorlar kimi, biz də abunəçilərə xidmət göstərilməsində müasir və efektiv texnologiyaları istifadə etməyə çalışırıq, bunların arasında IP kartlarını və adi telefon xəttləri- ADSL və SDSL vasitəsilə İnternetə yüksək sürətli çıxışı qeyd etmək olar.
Hal-hazırda ən müasir xidmətlərdən biri olan New Generation Network (NGN) -yeni nəsil şəbəkəsi xidməti tətbiq edilmə mərhələsindədir. Bu xidmət ev və korporativ istifadəçiləri üçün IP-telefoniya və multimedia xidmətlərini (video konfrans, məlumatların bir anda mübadiləsi, sorğu ilə video və s.) tətdiq edmək imkanını verəcəkdir. Yəni səsin və məlumatların və yüksəksürətli paketli daşınma NGN şəbəkəsinin ötürülməsi üçün vahid konvergent platforma bazasında genişzolaqlı çıxışı həyata keçirmək.

Bu yaxınlarda İnternet xidmətlərinə tariflər endiriləcəkmi?

Bəli. Yeni texnologiyaların tətbiqi bizə efektiv, qənaətcil həllərə əsaslanmaq imkanını verir. Beləliklə, istismar xərclərini azaldaraq biz İnternet xidmətlərinə tariflərin endirilməsi üzrə siyasəti həyata keçirə biləcəyik.

«AzEuroTel» BM Azərbaycanda telekommunikasiyaların inkişafına əlavə investisiyalar qoymağı planlaşdırırmı?

«AzEuroTel» BM-si Azərbaycanın telekommunikasiyalarına investisiya qoymaq niyyətini həmişə bildirmişdir, lakin, təəssüf ki, Nazirliyin keçmiş rəhbərliyinin destruktiv siyasəti səbəbindən bu mümkün olmamışdır.

«AzEuroTel» BM-si mobil rabitə xidmətlərinin göstərilməsini nəzərdə tuturmu?

Xeyir, bu bizim planlarımıza daxil deyil.

Azərbaycanın telekommunikasiya bazarının inkişaf perspektivləri nə kimidir?

Bu gün telekommunikasiya bazarı özünəməxsus inqilab dövrünü yaşayır.
Yeni xidmətlər və məlumatlar trafikinin üstünlük təşkil etdiyi, şəbəkə vasitəsilə ötürülən informasiyanın hər zaman artan həcmi yeni texnoloji vasitələrin tətbiq edilməsini tələb edir.
Operatorların vəzifəsi -istifadəçilərə məhdudiyyətsiz xidmətlər spektrini təqdim edəcək universal şəbəkələrin quraşdırılmasıdır.
Səs rabitəsinin təqdim edilməsi üzrə ənənəvi xidmətlərə tələbat getdikcə azalmaqdadır, bu xidmətlərdən əldə olunan gəlirlər azalır.
Azərbaycanın iri sənae mərkəzlərində, ilk növbədə mən Bakını nəzərdə tuturam, istifadəçilərə qlobal İnternet informasiya şəbəkəsinə çıxış xidmətlərini və digər xidmətləri təqdim edən müasir telekommunikasiya şəbəkələrinin fəaliyyət göstərməsinə baxmayaraq, genişzolaqlı, yüksəksürətli abunə çıxışının təşkili problemi mövcuddur və bu problemin həlli çoxlu investisiyalar tələb edir.
Müxtəlif ölkələrin telekommunikasiya şirkətlərinin investisiya aktivliyinin təhlili göstərir ki, xəttlərin istismarının iqtisadi efektivliyinin yüksək göstəricilərinə və telefon sıxlığının artıq dolmuş səviyyəsinə baxmayaraq, yüksək inkişaf etmiş öləkələr telekommunikasiyalara investisiya qoyuluşlarını davam etdirir.
İnkişafda olan və keçid iqtisadiyyatlı, bizim ölkə kimi ölkələr üçün isə investisiya tələbatı həyatı zəruriliyi təşkil edir və bu sahəyə vəsaitlərin cəlb edilməsi məsələsi dövlət miqyaslı vacib məsələdir.
Və, əlbəttə, mənəvi və fiziki cəhətdən köhnəlmiş avadanlığın, eləcə də ənənəvi şəbəkənin təqdim etdiyi xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi və inkişafı ilə yanaşı, bu gün dünya telekommunikasiya bazarının inkişaf tendensiyalarını nəzərə alaraq, Azərbaycanda yeni nəsil xidmətlərin (NGN) təqdim olunmasına yönəldilmiş tendensiya tədricən həyata keçirilməyə başlayacaqdır.

Azərbaycanın İqtisadi İnkişaf Naziri F. Fliyev qeyd etdiyi kimi, yaxın vaxtlarda «AzEuroTel» BM-nin özəlləşdirilməsi başlanacaqdır. BM-nin qiymətləndirilməsinin nəticələri necədir və «AzEuroTel» BM-nin xarici təsisçisi BM-nin dövlət payını almağa hazırdırmı?

Bu məsələyə baxılır.

-zəlləşdirildikdən sonra «AzEuroTel» BM-si ilk növbədə nə edəcəkdir?

«AzEuroTel» BM-si inkişaf edəcəkdir!







əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM