«
rus eng az




Genişzolaqlı rabitə xidmətləri
ATS 492/497/437-nin xidmətləri
DECT sisteminin telsiz rabitəsi
Internet / Mə’lumatlar Ötürülməsi
Yerüstü Peyk Stansiyası

Tarifləri gözdən keçirmək

Genişzolaqlı xidmətləri şöbəsi
«AzEvroTel» BM abunəçilərə yeni genişzolaqlı, multimediya rabitə xidmətləri göstərməklə növbəti dəfə yenilik təşəbbüsçüsü olub.
Bunun üçün «AzEvroTel» BM «Ethernet» bazasında özünün genişzolaqlı, multiservis şəhər şəbəkəsini tikib – MAN (Metropolition Avea Networks). Bu layihənin həyata keçirilməsi məqsədilə Cisco avadanlığından istifadə olunub.

Şəbəkənin quraşdırılmasında dünyanın ən qabaqcıl texnologiyalarından (DPT, ADSL, ETTH, MPLS və s.) istifadə olunmuşdur.
ATS - 492/497, ATS - 493/498, ATS - 440/441, ATS - 494/495, ATS - 438/439, ATS - 432/434, ATS - 430/431, ATS - 491, ATS - 566/567, ATS - 423, ATS - 421/422 və ATS - 428/429-in istifadəçilərinə aşağıda göstərilən genişzolaqlı xidmətlər təklif olunur:
- IP-telefoniya (Vo IP);
- Yüksəksürətli İnternet;
- IP-TV;
Yuxarıda göstərilən xidmətlərə çıxış ya bir miss cütlüyü ya da fiberoptik kabel vasitəsilə həyata keçirilir.
ADSL modemindən istifadə edildikdə miss cütlük vasitəsilə çıxış 8Mbit/s sürətlə (abunəçiyə istiqamətdə-7,5Mbit/s qədər, abünəçidən istiqamətdə 1,5Mbit/s qədər sürətli) təmin edilir. Optik kabel vasitəsilə isə abunəçiyə 100Mbit/s qədər sürət təmin edilir.
Bu texnologiyanın əsas üstünlükləri aşağıdakılardır:
- Telefon aparatının kompyuterlə eyni zamanda işləməsi.
- İnternet şəbəkəsinə daimi qoşulma (həftənin 7 günü 24 saat)
- Verilənləri ötürən genişzolaqlı kanal
- Demək olar ki ani qoşulma və s.

«AzEvroTel» multiservis şəbəkələrinə qoşulma prosedurları:
1. Multimediya xidmətləri haqqında ilikin məlumatı aşağıda göstərilən telefon nömrəsinə zəng etməklə operatordan almaq olar: 437-05-05 (ünvan: Şeyx Şamil küçəsi,3).
2. Müştərilər, təklif olunan xidmətlər siyahası ilə ərizə formalarını doldururlar.
3. Göstərilən xidmətlərə uyğun avadanlıq seçilir:
- Yüksəksürətli İnternet üçün – ADSL modem və mikrofiltr (splitter);
- IP-telefoniya üçün - IP-telefon;
- IP-TV üçün - Set-top-box (Dekoder);
4. Operator tərəfindən avadanlığa və təklif olunan xidmətlərdən hər hansı birinə və ya hamısına (tariflərə uyğun olaraq) hesab çıxarılır. Quraşdırma ödənişdən sonra bir gün ərzində həyata keçirilir.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM