
|
 | Internet / Mə’lumatlar Ötürülməsi |  |
|
Internetə girişin aparıcı provayderi olaraq, aparıcı Amerika və Israil istehsalçılarının server və marşrutlayıcılarından istifadə edərək, öz xüsusi yerüstü peyk stansiyasına malik olaraq, «AzEvroTel» BM Internetə ən keyfiyyətli girişi tə’min edir. Bizim müştərilərimiz yalnız abunəçilər deyil, hətta IntraNS, Baknet, AzCom, AzIntex, Adanet, ANS və s. kimi Internet şirkətləridir. |
|
Internet insan idrakının nadir yaradıcılıq məhsuludur. O, yeni cəmiyyətin inkişafını təcəssüm edir.
Yaxın gələcəyin cəmiyyəti çox zaman informasiya cəmiyyəti adlandırılır. Bu qismən doğrudur, çünki informasiyaya artıq bu gün böyük tələbat vardır. Optik-lifli kabellərin sayəsində bit informasiya dənizi Şəbəkədən sizin mənzil və ofislərinizə daxil olur.
Bu informasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, istehlakı onun tükənməsinə gətirib çıxarmır. Rəqəmli infomasiyanın lazım olan miqdarda surətləri çıxarıla bilər. Şəbəkəyə daxil olmaq asandır: pul ödəyərək Siz şəxsi E-mail ünvanını və bəşəriyyət tarixində görünməyən ən böyük azad fikir bazarına giriş parolunu əldə edirsiniz.
Giriş həm kommutasiya olunmuş xətlərlə, həmdə şəhər telefon şəbəkəsinin ayrılmış xətləri ilə mümkündür. Bunun üçün Sizə şəxsi kompyüterinizin, modemin və Bakı şəhərinin hər hansı ATS-nın abunə nömrəsinin olması kifayətdir.
«AzEuroTel» BM-si Azərbaycanın vahid banklararası şəbəkəsinin layihəsini təqdim edir (bu şəbəkənin bir hissəsi Bakı Banklararası Valyuta Birjasının ticarət-dilinq sisteminin təşkilidir).
Həmin layihənin hazırlanmasında əsas diqqət tələblərin dünya təcrübəsində müəyyən edilmiş bank şəbəkələrində mə’lumatların ötürülməsinə uyğün olmasına edilmişdir:
mə’lumatlara təsadüfən və ya qəsdən icazəsiz girişdən (və ya gizli qulaq asmadan) müdafiəsini tə’min etmək.
mə’lumatların ötürülməsinin e’tibarlılığının tə’min edilməsi.
«müştəri iki dəfə pul ödəmir» prinsipi, yəni şəbəkənin funksional genişləndirilməsi müştəri tərəfindən qoyulan əvvəlki sərmayələrin itirilməməsi şərtilə həyata keçirilir
şəbəkə işini inteqrasiya olunmuş mə’lumatlarla (mə’lumatlar, rəqəmləşdirilmiş səs, videoverilənlər) qurmalıdır.
qlobal şəbəkələrə (SWIFT, REUTERS, Western Union. Dow Jones Telerate. Internet və s.) inteqrasiya imkanı.
Mə’lum olduğu kimi, mə’lumatların müdafiəsinin tə’min edilməsinin iki üsulu mövcuddur. Birinci üsul mə’lumatların ötürülməsinin fiziki mühitinin istifadəsinə əsaslanır və bu üsul öz xüsusiyyətinə görə qulaq asma imkanına yol vermir.
Hal-hazırda bu üsulun əsasında ümumi qəbul edilmiş qərar optik-lifli texnologiyaların istifadəsi sayılır. Ikinci üsul mə’lumatın aparat və proqramlı şifrələnmə alqoritmlərinin tətbiq edilməsinə əsaslanır.
Bununla əlaqədar bank xidmətlərini təqdim etmək üçün sənədlərin iki paketi hazırlanmışdır:
Iri və orta ofislər üçün bankın bütün telekommunikasiya şəbəkəsinin optik-lifli əsasında hal-hazırda Bakı şəhərinin bütün mərkəzi ATS-nı əhatə edən «AzEuroTel»-in optik-lifli SDH şəbəkəsinə bağlanması. Bu variantın istifadə edildiyi zaman xidmətlərin tam kompleksi təqdim edilir. Bu kompleksə daxildir: ATS 497-nin yüksək keyfiyyətli telefon tonal xətləri, videokonfrans rabitəsinin rəqəmli xətləri (ISDN), qlobal bank şəbəkələrinə (SWIFT, REUTERS, Western Union, Dow Jones Telerate və s.) giriş üçün, X.25 və X.28 protokolları üzrə kredit kartlarının verifikasiya mərkəzlərinə giriş üçün, bankomatların təşkil olunmuş şəbəkələrinə və eləcədə Bakı Banklararası Valyuta Birjasının (BBVB) Ticarət-dilinq sisteminə giriş üçün 2400 bit/s-dən 128 Kbit/s-dək rəqəmli kanallar.
Kiçik ofislər üçün 2 və ya 4 mis simlər əsasında 19.2, 28.8, 64 və 128 Kbit/s sürətlərində bağlanma. Belə halda müştəri-Bank xidmətlərin məhdudlaşdırılmış sayını əldə edir (Internet, BBVB, SWIFT və s.). Belə bağlantıda «AzEuroTel» ayrılmış xətlərin mis sahələrində icazə verilməmiş girişdən tam müdafiəyə zəmanət vermir.
|
|