«
rus eng az




Genişzolaqlı rabitə xidmətləri
ATS 492/497/437-nin xidmətləri
DECT sisteminin telsiz rabitəsi
Internet / Mə’lumatlar Ötürülməsi
Yerüstü Peyk Stansiyası

Tarifləri gözdən keçirmək

DECT sisteminin telsiz rabitəsi
Digital Enhanced Cordless Telecommunication (DECT) - bu rəqəmli təkmilləşdirilmiş simsiz rabitədir - yeganə simsiz rabitə standartıdır ki, ev, korporativ və ictimai rabitə sistemlərində tətbiq edilir. Həm ev abunəçilərinə, həm də idarə sektorunun abunəçilərinə biz radiotelefonu istifadə etməklə rabitə şəbəkələrinə simsiz girişi təklif edirik.

DECT standartı mə’lumatların ötürülməsi üçün radio imkanlarından istifadə etmə texnologiyasını təsvir edir. Bu tam rəqəmli standartdır və buna görə rəqəmli rabitənin bütün xidmətlərinin, o cümlədən ISDN, göstərilməsinə imkan yaradır. DECT-in tətbiq edilmə sahəsi- adi telsiz telefondan başlayaraq müxtəlif telefon xidmətlərini tə’min edən sistemə qədərdir.

DECT-in əsasını ikinci şəbəkənin «hər mənzilə, ailəyə, iş yerinə telefon» köhnə prinsipindən «hər adama telefon» prinsipinə keçmə imkanını yaradan rabitənin mütləq fərdiləşmə konsepsiyası təşkil edir, bu da birinci şəbəkənin, daha sonra isə telekommunikasiyanın bütün infrastrukturasının əsaslı dəyişilməsinə gətirib çıxarmalıdır. DECT, əslində, ikinci nəslin radiorabitə sistemlərinin inkişafını tamamlayır. Bu standartda «yüksək texnologiyalar» adlandırılanların və telekommunikasiya servisinin analitik nailiyyətlərinin əksəriyyəti istifadə olunur, bu isə onu üçüncü nəsl radiorabitə sisteminin inkişafının bünövrəsində qoyulan bir daş kimi qiymətləndirilir.

DECT öz rəqabət qabiliyyətini ucuz sistemlər bazarında nümayiş etdirib və gələcəkdə dəyərin azaldılma potensialına malikdir. Onun əsas texniki yeniliyi- kanalın hərəkətli seçmə qabiliyyəti- çox e’tibarlı çıxdı.

DECT aşağıdakıları tə’min edir:
ümumi istifadəli şəbəkənin telefon xidmətlərini;
faksmil ötürməni;
mə’lumatların ötürülməsini;
internetə qoşulma və E-mail xidmətlərini.


əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM