«
rus eng az




Genişzolaqlı rabitə xidmətləri
ATS 492/497/437-nin xidmətləri
DECT sisteminin telsiz rabitəsi
Internet / Mə’lumatlar Ötürülməsi
Yerüstü Peyk Stansiyası

Tarifləri gözdən keçirmək

ATS 492/497/437-nin xidmətləri
Bakı şəhərində öz SDH lifli-optik nəqliyyat şəbəkəsinə malik olan «AzEvroTel» şirkəti sifarişçilərin bir birindən uzaq məsafədə yerləşən ofisləri arasında yüksək keyfiyyətli sabit birləşmələri təşkil edir, həmçinin dünyanın hər bir nöqtəsində x.25 şəbəkələrinə qoşulan hər hansı kommersiya mə’lumat ehtiyatlarına telekommunikasiya girişini həyata keçirir...

Britaniyanın GRT şirkətinin istehsalı olan güclü rəqəmli «System X» ATS-nın əsasında yaradılan 492/497/437 ATS-sı kompleks telekommunikasiya xidmətlərinin: lokal telefon şəbəkəsi, şəhərlərarası və beynəlxalq rabitə, çoxməqsədli beynəlxalq rabitə, Nokia Actionet çoxməqsədli trank rabitəsi, mə’lumatların paketli ötürülməsi xidmətlərinin həyata keçirilməsi üçün platformadır.

Bu gün ATS 492/497/437 mə’lumatların və rəqəmlərin daha böyük həcmdə ötürülməsi üçün kanalların sayının artırılmasına imkan yaradan özünün «SDH» nəqliyyat şəbəkəsi ilə Bakı şəhərinin bütün stansiyaları ilə bağlıdır.

«AzEuroTel» ATS 432, 438/439, 491, 494/495 zonalarında telefonların quraşdırılmasını, eləcə də həmin stansiyaların hazırda fəaliyyətdə olan telefonlarının ATS 492/497/437 -nin nömrələrinə dəyişdirilməsini həyata keçirir.

ATS 492/497/437 çağırışın ünvanının dəyişdirilməsi, çağırışın gözləməyə qoyulması, çoxtərəfli konfrans-rabitəsi və s. kimi qabaqcıl xidmətləri təklif edir.

ATS 492/497/437-nin xidmətlərindən bugün 20 000 yaxın abunəçi istifadə edir, o cümlədən Prezident Aparatı, Nazirlər Kabineti, transmilli neft korporasiyaları- Amoko, Penzoyl, Statoyl, LUKoyl, VR, səfirliklər, banklar.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM