«
rus eng az




Genişzolaqlı rabitə xidmətləri
ATS 492/497/437-nin xidmətləri
DECT sisteminin telsiz rabitəsi
Internet / Mə’lumatlar Ötürülməsi
Yerüstü Peyk Stansiyası


Yerüstü Peyk Stansiyası
Peyk rabitəsinin üstünlüyü şərtsizdir. Bu indiki zamanın və gələcəyin rabitəsidir. O, müasir dünyada Yer üzündə məsafənin, yerin relyefinin və yaşayış məntəqələrinin mövcudluğu ilə məhdud olmayan insanların ünsiyyəti üçün imkandır.

Peyk rabitəsinin üstünlüyü şübhəsizdir. Bu Indiki zamanla gələcək zamanın əlaqəsidir. Müasir dünyada bu- insanların Yer üzündə məsafələrlə, yer rel’efləri ilə və məskun edilmiş məntəqələrlə məhdudlaşdırılmamış ünsiyyət imkanı deməkdir.

Yerin istənilən nöqtəsində olaraq, Siz Peyk rabitəsi vasitəsilə yüzlərlə və minlərlə kilometrə uzaqlaşmış və başqa rabitə vasitələri fəaliyyətinin daxilində olmayman korespondentlə ünsiyyət qura bilərsiniz.

Geostasionar orbitalarda yerləşən Yerin Sün’i Peykləri (Y.S.P.) hər vaxt Sizi görürlər. Müasir texnologiyalar istənilən həcmdə yüksək keyfiyyətli mə’lumatların alınmasına və ötürülməsinə imkan verir: səs rabitəsi, multimedia, Internet, televiziya, kommersiya mə’lumatlarının ötürülməsi. Peyk rabitəsi hər vaxt Sizin xidmətinizdədir!

Abunəçilər və YSP arasında rabitəni tə’min etmək üçün Yerüstü Peyk Stansiyaları (YPSS) mövcuddur.

YPSS iş prinsipi aşağıdakından ibarətdir:

«AzEvroTel» BM-nin abunəçilərindən bütün informasiya axınları mərkəzi ATS üzərindən Yerüstü stansiyaya daxil olurlar və orada, coğrafi istiqamətdən asılı olaraq, axınlara bölünürlər.

YSP üzərindən ötürülən axın abunəçiyə coğrafi yaxın olan nöqtədə yerləşən yerüstü stansiyaya və yaxud onun öz xidməti peyk antenasına daxil olaraq qəbul olunur, e’mal edilir və lazım gəldikdə daha uzağa bölüşdürülür.

«AzEvroTel» BM-nin YPSS sadalanan xidmətlərin göstərilməsi üçün bütün texniki imkanlara malikdir. Stansiyanın müasir avadanlığı bir neçə YSP ilə əlaqədədir və Avropada, Asiyada, Amerikada informasiya məkanını tə’min edir.

əsas | webmaster
  © 1997-2001 "AzEuroTel" BM