Şirkətin sadalanan imkanlardan istifadə etməsi «AzEuroTel»-ə nəinki peşakar fəaliyyətin texnoloji dəstəklənməsini həyata keçirmək, hətta öz partnyorlarına işgüzar ünsiyyət üçün rahat mühit yaradmaq imkanı verir.
«AzEuroTel» öz müştərilərinin işgüzar tələbatlarının əsas növlərini tədqiq və müqaisə edərək, onlara göstərilən xidmətləri bir neçə əsas kateqoriyalara bölmüşdür. Standart telefon xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və onların daha müasir universal texnologiyalara mərhələli keçirilməsi əsas kimi götürülmüşdür. Ən çox yayılmış «proqram» xidmətləri sırasına aşağıdakıları daxil etmək olar:
Telefon xidməti- bir telefon xəttindən təqdim olunan xidmətlər: şəhərlərdaxili rabitə; şəhərlərarası rabitə; beynəlxalq rabitə; INMARSAT-a çıxış;
NOKIA ACTIONET çoxməqsədli trank rabitəsinin xidmətləri.
Korporativ telekommunikasiya infrastrukturlarının yaradılması üçün ayrılmış kanalların təşkili və onların idarə edilməsi.