 |
|
|
|
|
10 iyun 2009-cu il tarixli Press-reliz
Hörmətli cənablar!
«AzEuroTel» şirkəti «Yayı bizimlə keçir!» adlı yeni reklam kampaniyasının başlanmasını elan edir.
İnternetə ADSL texnologiyası ilə çıxış xidmətinə yenidən qoşulan hər kəsi yay mövsümündə (2009 ilin iyun, iyul, avqust ayları) sürpriz gözləyir-1 ay pulsuz çıxış!
İndi qoşul-ikinci ayı pulsuz əldə et!
| Paketin adı |
Sürət Kb/s (down / up)
|
Abunə haqqına
daxil edilən
trafikin həcmi,
QB
|
Aylıq abunə haqqı (AZN)
| İkinci ay abunəçiyə təqdim edilən trafikin həcmi,
QB
| İkinci aya görə ödəniş
(AZN)
|
| AET Standard 128 |
128 / 128 |
2 |
10,00 |
2 |
0 |
| AET Active 256 |
256 / 256 |
3 |
15,00 |
3 |
0 |
| AET Ultra 512 |
512 / 512 |
4 |
20,00 |
4 |
0 |
| AET Super 1024/7 |
1024 / 512 |
7 |
32,00 |
7 |
0 |
| AET Super 1024/9 |
1024/512 |
9 |
45,00 |
9 |
0 |
| AET Super 1024/11 |
1024/512 |
11 |
55,00 |
11 |
0 |
| AET Ехtra 1536 |
1536/512 |
15 |
75,00 |
15 |
0 |
AzEuroTel – Rabitənin yüksək keyfiyyəti!
AzEuroTel- Biz sizin üçün çalışırıq!
|
|
1 iyun 2009-cu il tarixli Press-reliz
1 iyun 2009 il tarixindən «AzEuroTel» şirkəti ADSL texnologiyası ilə internetə məhdudiyyətsiz çıxış (Unlimited) xidmətinə 50% güzəşt elan edir. Aşağıda internetə məhdudiyyətsiz çıxış xidmətinə yeni qiymətlər göstərilmişdir.
Məhdudiyyətsiz çıxış – AET-Unlimited High Speed Internet
| Paketin adı |
Sürət, Kb/s (down/up)
|
Aylıq abunə haqqı, AZN |
| AET Freestyle 512 |
512 / 512 |
40,00 |
| AET Freestyle 1024 |
1024 / 512 |
75,00 |
| AET Freestyle 1536 |
1536 / 512 |
110, 00 |
AzEuroTel – Rabitənin yüksək keyfiyyəti!
AzEuroTel- Biz sizin üçün çalışırıq!
|
|
|
|
|
26 Fevral 2009-cu il tarixli Press-reliz
Texniki proqress daim inkişaf edir. Bir neçə il əvvəl internetdə hər hansı resursun yüklənməsi və ya baxılması üçün 64 Kbit/s sürət kifayətidi isə, bu gün hətta kulinariya reseptləri internetdə animasiya ilə təqdim olunur və onların baxılması üçün yüksək sürət və kifayət qədər trafik həcmi tələb olunur.
Beləliklə, 1 mart 2009-cu il tarixdən müştərilərimizin rahatlığı üçün biz yeni, yüksək sürətli və böyük həcmli trafiklə tarif paketlərini təqdim edirik.
Bundan başqa, 1 GB trafikin qiyməti bütün sürətlərdə iki dəfə azalmışdır.
1Gb cəmi 5 manata!
İnternetə ADSL texnologiyası ilə məhdudiyyətsiz çıxışın qiyməti 75% endirildi!
İnternetə çıxış xidmətlərinin yeni tarifləri aşağıda göstərilir.
1. İnternetə ADSL texnologiyası üzrə çıxış xidmətləri
1.1. Trafik üzrə hesab – AET-High Speed Internet
| Paketin adı |
Sürət, Kb/s (down/up)
|
Abunə haqqına daxil edilən trafikin həcmi, QB |
Aylıq abunə haqqı, AZN
|
| AET Standard 128 |
128 / 128 |
2 |
10,00 |
| AET Active 256 |
256 / 256 |
3 |
15,00 |
| AET Ultra 512 |
512 / 512 |
4 |
20,00 |
| AET Super 1024/7 |
1024 / 512 |
7 |
32,00 |
| AET Super 1024/9 |
1024/512 |
9 |
45,00 |
| AET Super 1024/11 |
1024/512 |
11 |
55,00 |
| AET Ехtra 1536 |
1536/512 |
15 |
75,00 |
2. Genişzolaqlı xidmətlər – AET-Broadband Internet
2.1. Yüksəksürətli İnternet – AET-Total Internet
sürət abunəçi tərəfə 2 Mbit/s-dan az olmayaraq)
| Trafikin tipi |
Paketin adı |
Əvvəlcədən ödənilən trafikin həcmi, QB |
Əvvəlcədən ödənilən məbləğ, AZN |
Tarif |
Paketin qüvvədə olma müddəti |
Qlobal şəbəkə trafiki |
AET Total Reserve
Gündüz-Gecə
|
3 QB-dan - 6 QB-a qədər |
18,00 |
Gündüz: 0,006 AZN
Gecə: 0,003 AZN |
1 ay |
AET Total Smart
Gündüz-Gecə
|
8 QB-dan - 14,6 QB-a qədər |
44,00 |
Gündüz: 0,005 AZN
Gecə: 0,003 AZN |
1 ay |
AET Total Advanced
Gündüz-Gecə
|
16 QB-dan - 29,2 QB-a qədər |
88,00 |
Gündüz: 0,005 AZN
Gecə: 0,003 AZN |
1 ay |
Respublika daxili trafik |
- |
1 |
5,00 |
0,005 |
|
Qeyd:
- Qlobal və respublikadaxili şəbəkə üzrə hesablaşma trafiki kimi giriş-çıxış trafiklərindən böyüyü qəbul edilir.
- Respublikadaxili trafik (local trafik) dedikdə – fiziki cəhətdən Azərbaycanın hüdudları daxilində yerləşən, iki «host» arasında, ölkənin coğrafi sərhədlərindən qırağa çıxmayan virtual kanallar vasitəsi ilə aparılan informasiya mübadiləsi başa düşülməlidir.
- Gündüz rejimi: 08.00-00.00 Gecə rejimi: 00.00-08.00
2.3. Rəqəmli televiziya – AET-IP-TV
| Xidmətin adı |
Aylıq abunə haqqı (AZN) |
| Televiziya proqramları paketi |
12,00 |
| Paketin adı |
Paketin tərkibi |
Aylıq abunə haqqı, AZN |
İnternet resursunun əlavə hər 1 Mb üçün, AZN |
| AET Comfort |
Televiziya proqramları paketi (İP-TV) + 3 QB həcmdə Yüksəksürətli İnternet |
24,00 |
0,008 AZN |
- AET Comfort paketi Rəqəmli televiziya xidmətinin mövcüd istifadəçilərinə tətbiq edilir.
3. Ayrılmış xətt ilə İnternetə çıxış – AET-Leased Internet
3.1. Trafik üzrə hesab
| Sürətь |
Birdəfəlik ödəniş (AZN)
|
Aylıq abunə haqqı (AZN)
|
Abunə haqqına daxil edilən trafikin həcmi, QB |
Əlavə trafikin hər 1 Mb üçün
|
| 128 Kbit/san |
70,00 |
80,00 |
8 |
0,009 |
| 256 Kbit/san |
70,00 |
145,00 |
16 |
0,008 |
| 512 Kbit/san |
70,00 |
260,00 |
32 |
0,007 |
| 1 024 Kbit/san |
70,00 |
440,00 |
62 |
0,006 |
- 1536 Kbit/san və daha yuxarı sürətlərlə İnternetə çıxış üçün trafik həcmləri və qiymətlər Tərəflərin razılığı ilə təyin edilir.
3.2. Məhdudiyyətsiz çıxış
| Sürət |
Birdəfəlik ödəniş (AZN)
|
Aylıq abunə haqqı (AZN)
|
| 512 Kbit/san |
70,00 |
350,00
|
| 1 024 Kbit/san |
70,00 |
600,00 |
| 2 048 Kbit/san |
70,00 |
1.100,00 |
Qeydlər:
1. Bütün tariflər 18% ƏDV daxil edilməklə Azərbaycan manatı ilə göstərilmişdir.
2. Bu tariflərdə nəzərdə tutulmayan sürətlərlə xidmət İstifadəçinin istiyi və qarşılıqlı razılaşdırılmış tarivlərlə həyata keçirilir.
3. Xidmətlərin təqdim edilməsi üçün lazım olan son avadanlıq İstifadəçi tərəfindən müstəqil olaraq əldə oluna və yaxud bağlanacaq müqavilə üzrə «AzEvroTel» BM tərəfindən satıla bilinər.
4. HTDS və Frame Relay kanalların təşkilinə qiymətlər hər bir konkret halda ayrılıqda danışılır və qoşulmanın ikinci nöqtəsinin ünvanından asılıdır.
«AzEuroTel» - Rabitənin Yüksək Keyfiyyəti! «AzEuroTel» - Biz sizin üçün çalışırıq! |
| |
|
|
23 fevral 2009-cu il tarixli Press-reliz
«Aztelekom» İB tərəfindən «AzEuroTel» BM-ni abunəçilərin gözündə nüfuzdan salmaq məqsədilə 492/497/437 saylı ATS-lərin abunəçilərinə göstərilən xidmətlərin dayandırılması haqqında əsassız şayələrin yayılması üzrə davam edən kampaniya ilə əlaqədar olaraq bildiririk:
1. 492/497/437 saylı ATS-lərin abunəçilərinin Bakı şəhərinin bütün ATS-lərinə giriş və çıxış rabitəsi yalnız «AzEuroTel» BM-nin avadanlığı üzərindən həyata keçirlir və tam həcmdə təqdim olunur.
2. «Aztelekom» İB abunəçilərimizin yalnız Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxışını məhdudlaşdırmağa səy göstərir və 24 fevral 2009-cu il tarixdən etibarən bu kanalları birtərəfli qaydada balğamaqla hədələyir.
Vətəndaşların rabitədən istifadə hüquqlarının heç kəsin pozmaq hüququ olmadığını, həmçinin 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 fevral 2009-cu il tarixli Qətnaməsində göstərilənləri: «Aztelekom» İB tərəfindən 492/497/437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətinin dayandırılması qadağan edilməli, «Aztelekom» İB vasitəsilə rayon və mobil operatorlarla arabağlantı zamanı hər cür maneələr aradan qaldırılmalı, arabağlantılar «AzEuroTel» BM tərəfindən tələb olunan həcmdə təmin edilməlidir» nəzərə alaraq, «AzEuroTel» BM-si bir daha rəsmi şəkildə bildirir ki, ATS 492/497/437 abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməməsinə görə bütün məsuliyyət «Aztelekom İB-nin üzərinə düşür.
«AzEuroTel» BM-nin rəhbərliyi |
|
|
|
|
20 fevral 2008-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi

Beynəlxalq Elektrorabitə İttifaqı (ITU) «AzEuroTel» şirkətini BEİ-nın Elektrorabitənin İnkişafı Sektorunun fəaliyyətində son 10 il ərzində iştirakına və dəstəkləməsinə görə Yubiley Fərmanı ilə təltif etmişdir. AzEuroTel 1998-ci ilin sentyabr ayından etibarən BEİ-nın Elektrorabitənin İnkişafı Sektorunun (ITU-D) üzvü olaraq, BEİ-nın bütün təşəbbüslərində, ITU-nun təşkil etdiyi müxtəlif iclaslarda, işçi qrupların müşavirələrində, təlimlərdə, sərgilərdə iştirak edir.
Beləki, biz ITU World Telecom-un 1999, 2003 illərdə təşkil etdiyi ümumdünya sərgilərində Azərbaycanı təmsil edən yeganə şirkət olmuşuq. Həmin sərgilərdə öz stendimiz ilə iştirak edərək, biz sərgidən real rejimdə reportajlar yayımlayırdıq və arzu edən hər kəs, veb-səhifəmizə daxil olaraq sərgini seyr edə bilərdi.
Bizim nümayəndələrimiz ITU-D sektorunun bütün iclaslarında fəal iştirak edirlər. Bu AzEuroTel şirkətinə Beynəlxalq Elektrorabitə İttifaqının ən son təşəbbüslərindən xəbərdar olmaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafına əlindən gələn əməyi əsirgəməmək imkanı yaradır.
Biz ITU-nun işində iştirakımızın qiymətləndirilməsi ilə fəxr edirik və qarşılıqlı faydalı, səmərəli əməkdaşlığımızı davam etdirəcəyik.
BEİ Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları sahəsindəki aparıcı təşkilatdır. Dövlət idarə etmə və özəl sektor orqanları üçün ümumdünya koordinasiya mərkəzi olan BEİ-nın rolu dünyaya ünsiyyət qurmaqda yardımçı olmaqdan ibarətdir və bu funksiya üç əsas sektorun fəaliyyəti şəklində həyata keçirilir: radiorabitə, standartlaşdırma və inkişaf. BEİ həmçinin TELECOM tədbirlərini təşkil edir və informasiya cəmiyyəti məsələləri üzrə yüksək səviyyəli Ümumdünya görüşünün aparıcı təşkilatçı-müəssisəsidir.
Elektrorabitənin İnkişafı Sektorunun (ITU-D) vəzifəsi planet sakinlərinin infrastruktur və informasiya-kommunikasiya texnologiyaları xidmətlərinə çıxış əldə etməklə ünsiyyət qurmaq hüququna əsaslanan məqsədlərə nail olmağa yönəlmişdir.
BEİ-nın baş qərargahı İveçrənin Cenevrə şəhərində yerləşir və onun üzvləri 191 Dövlət və 700-dən çox Sektor və Cəmiyyətlərdir.
28 dekabr 2007-ci il tarixli Press-reliz

Kibernetika İnstitutunun Direktoru akademik T.Əliyev «Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ən yaxşı Menecer» nominasiyasında İntellekt-2007 mükafatını «AzEuroTel» şirkətinin Baş direktoru cənab N.Əhmədova təqdim edir.

Milli Məclisin İqtisadi Siyasət üzrə Daimi Komissiyasının Sədri, Akademik Z.Səmədzadə «Təqdim olunan xidmətlərin yüksək keyfiyyətinə görə» nominasıyada İntellekt-2007 mükafatını «AzEuroTel» şirkətinin nümayəndəsi, Baş direktorun müavini cənab R. Səfərova təqdim edir.
15 dekabr tarixində Hyatt Regency otelinin «Quba» zalında İNTELLEKT-2007 mükafatının təqdim edilmə mərasimi keçirilmişdir.
İntellekt mükafatı IT Magazine jurnalı və Azərbaycanın Layihələrin İdarəolunması Assosiasiyası ilə birgə təsis edilmişdir. Bu mükafat hər il müxtəlif iqtisadi sahələrdə «İlin Ən yaxşı Layihəsi»nə görə təqdim edilir.
Bu mükafata özlərində təcrübəni, ideyaları, texnologiyaları cəmləşdirən və ölkəmizdə iqtisadiyyatın inkişafı üçün istifadə edə bilən şəxslər, şirkətlər layiq görülür.
İNTELLEKT-2007 mükafatının «Rabitə və İnformasiya Texnologiyaları sahəsində ilin Ən yaxşı Meneceri» nominasıyasında «AzEuroTel»-in Baş direktoru cənab Nuru Əhmədov qalib olmuşdur.
«Təqdim olunan xidmətlərin yüksək keyfiyyətinə görə» nominasiyada İNTELLEKT-2007 mükafatına «AzEuroTel» şirkətinin kollektivi layiq görülmüşdür.
«AzEuroTel» şirkəti Azərbaycanın telekommunikasiya bazarında artıq 10 ildən çoxdur ki çalışır.
Şirkətin uğurlu fəaliyyətinin əsas prinsiplərini təqdim olunan rabitə xidmətlərinin yüksək keyfiyyəti və etibarlılığı, müştərilərin tələbatlarına oriyentasiya, müasir rabitə xidmətlərinin innovasiyalarının tətbiqi təşkil edir.
Baş direktor cənab N. Əhmədovun rəhbərliyi altında şirkətin
kollektivi keyfiyyətə görə, Ən yaxşı ticarət markasına görə, eləcə də çoxsaylı nüfuzlu
beynəlxalq mükafat və prizlərə, həmçinin 2004-cü ildə Cenevrədə «İşgüzar təcrübədə yüksək keyfiyyətə görə» («Gold Medal for Excellence in Business Practice») Qızıl medala layiq görülmüşdür.
Strateji menecment sahəsində şəxsi əməyinə görə Baş direktor cənab Nuru Əhmədov 2002-ci ildə «Sənayeə yardım assosiasiyasının qızıl Medalı» (Fransa) ilə təltif edilmiş, bir neçə dəfə «UGUR» mükafatına layiq görülmüş, «Əmək sücayətinə» görə medalla təltif edilmişdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona «Respublikaının Əməkdar Mühəndisi» adı verilmişdir.
| |
(davami)
Şirkətin kollektivinin öz uğurları ilə və ona rabitə və informasiya texnologiyaları sahəsində ən təcrübəli və yüksək ixtisaslı mütəxəssislərin rəhbərlik etmələri ilə fəxr etməyə haqqı var.
Öz vətənində iki nüfuzlu İNTELLEKT-2007 mükafatına layiq görülməsi «AzEuroTel» şirkətinin bütün kollektivi və şəxsən şirkətin Baş direktoru cənab Nuru Əhmədov üçün böyük uğurdur.
Biz sevimli Azərbaycanımızın çiçəklənməsi üçün həmişə böyük səylə çalışacağıq.
17 sentyabr 2007-ci il tarixli Press-reliz
2007-ci il 17 sentyabr tarixindən AzEvroTel öz abunəçilərinə təqdim etdiyi müxtəlif xidmət növləri üzrə güzəşt kompaniyasının başlandığını elən edir. AzEvroTel şirkətinin strategiyasına uyğun olaraq, şirkət tərəfindən təqdim olunan bütün xidmət növləri AET brendi ilə təqdim olunacaqlar:
• AET-PHONE - telefon rabitəsi xidmətləri
• AET-Cordless Access - DECT standartlı simsiz rabitə
• AET-İP - Cards Qabaqcadan ödənilmiş telefon kartları
• Dial-Up İnternet - İnternet şəbəkəsinə çağırışla çıxış
• AET-Leased İnternet - İnternetə ayrılmış xəttlə çıxış
• AET-High Speed İnternet - İnternetə ADSL texnologiyası ilə çıxış
• AET-Total İnternet - İnternetə yüksək sürətli çıxış (2 Mbit/s-dən)
• AET-İP-Telephony - İP-telefoniya
• AET-İP-TV - İP televiziya
• AET-Channels Rent - Kanalların icarəsi üzrə xidmətlər
• AET-Access to financial information resources - Maliyyə-İnformasiya resurslarına çıxış
• AET-Virtual Number - «Virtual telefon nömrəsi» xidməti
• AET- VPNet - Şəxsi virtual şəbəkələrin təşkili
• AET-Payphone Net - Taksafon rabitəsi
• AET-Bank services - Bank xidmətləri
10%-dən 57%-dək güzəştlər aşağıdakı xidmət növləri üzrə təqdim olunurlar:
• Dial-Up İnternet - İnternet şəbəkəsinə çağırışla çıxış
• AET-Leased İnternet - İnternetə ayrılmış xəttlə çıxış
• AET-High Speed İnternet - İnternetə ADSL texnologiyası ilə çıxış
• AET-Total İnternet - İnternetə yüksək sürətli çıxış (2 Mbit/s-dən)
• AET-İP-TV – İP televiziya
Bu xidmət növləri yalnız ATS 492/497/437 ərazisində yaşayan abunəçilər üçün deyil, eləcə də ATS 493, 498, 598, 440, 494, 495, 596, 438, 439, 510, 432, 434, 433, 430, 431, 530, 491, 566, 567, 514, 423, 421, 422, 428, 429, 470, 475, 476 ərazisində yaşayan abunəçilər üçün də tətbiq olunur.
Eləcə də ATS 492/497/437-nin həm mənzil həm də idərə sektorunun abunəçilərinə bir aylıq telefon danışıqlarının ödəniş məbləğindən asılı olaraq aşağıda göstərilən internetə çıxış xidmətlərdən birinə 10%, 15%, 20% əlavə güzəştlər təqdim olunur:
1. İnternetə ADSL texnologiyası ilə çıxış - AET-High Speed İnternet (bir aydan çox olmayan müddətə)
2. İnternetə yüksək sürətli çıxış xidməti - AET-Total İnternet
Güzəştlər haqqında bütün məlumatı 197 sorğu xidmətinə zəng edərək, www.azeurotel.com/tariffs/ saytında, eləcə də AzEvroTel şirkətinin abunə şöbəsindən əldə edə bilərsiniz.
30 aprel 2007-ci il tarixli «AzEuroTel» BM-nin Press-relizi
27 aprel 2007-ci il tarixdə Bakı Əyləncə Mərkəzində NETTY 2007 Azərbaycanın Milli İnternet Mükafatının təntənəli təqdim etmə mərasimi keçirilmişdir. NETTY akademikları rəsmi şəraitdə 11 nominasiya üzrə cari ilin ən yaxşı Milli veb-saytlarının adlarını açıqladılar. Resursların virtual səsverməsinin nəticələrinə görə mükafat üçün irəli sürülən 40 nominant arasından aşağıdakı nominasiyalar üzrə 11 qalib müəyyən edildi:
1. Dövlət saytı: www.azertag.gov.az
2. Korporativ sayt: www.bankofbaku.com
3. Elm və təhsil: www.firststeps.az
4. Mədəniyyət və incəsənət: http://atlas.musigi-dunya.az
5. İnformasiya və xəbərlər:www.azerphoto.az
6. Servis-saytlar:www.kataloq.net
7. Əlyəncə:http://milyarder.azgraf.com
8. İdman:www.azerisport.com
9. Azərbaycan:http://karabakh.co.uk
10. Şəxsi sayt:www.ophoto.az
11. Cəmiyyət: www.stimul.org.az
«Vətənimizin informasiya texnologiyalarının inkişafında olan zəhmətlərinə görə» fəxri nominasiya üzrə qalib ölkəmizin ən iri telekommunikasiya müəssisəsi olan AzEuroTel BM-nin rəhbəri Nuri Əhmədov oldu.
Tədbirdə AR Gənclər və İdman Naziri Azad Rəhimov, ölkəmizin iri İK şirkətlərinin rəhbərləri, mükafat nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak etmişdir.
NETTY mükafatı fəaliyyətinə 2004-cü ildə başlamışdır və Azərbaycanda üçüncü dəfə keçirilir.
28 mart 2007-ci il tarixli «AzEuroTel» BM-nin Pres-relizi
Dünən 27 mart 2007-ci il tarixində Gülüstan sarayında Xəzər İnteqrasiya İşgüzar Klubunun «Caspian Energy Integration Award - 2007» mükafatının 3-cü Beynəlxalq təqdim edilmə mərasimi keçirilmişdir.
«İlin telekommunikasiya şirkəti» nominasiyasında mükafat «AzEuroTel» BM-nə təqdim edilmişdir.
Mərasimdə ali dövlət icra institutlarının nümayəndələri, iri şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Hər il təqdim edilən «Caspian Energy Integration Award - 2007» Beynəlxalq Mükafatı Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən 2002-ci ildə təsis edilmişdir. Ötən illərdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev, Qazaxstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Prezident İlham Əliyev müxtəlif nominasiyalar üzrə qran-pri qalibləri olmuşlar.
«AzEuroTel» BM-nin rəhbərliyi bütün əməkdaşlarını mükafat münasibətilə təbrik edir və qeyd edir ki, belə nüfuzlu mükafatın alınması bütün kollektivin əməyidir.
|
|
|
|